Spiegel “Eurovision” və insan haqları barədə

09.02.2012

Spiegel nəşrinə görə Azərbaycan hökuməti “Eurovision”dan imicinin yaxşılaşdırılması, fəallar isə insan haqlarına diqqəti yönəltmək üçün istifadə etmək niyyətindədir.

Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi İnstitutundan Emin Hüseynov Almaniyada dərc olunan jurnala deyib ki, yaxınlarda jurnalistlərin həbsdən azad olunmasını onların haqlarının tanınması kimi qəbul etmir.

Mövzularmedia, Təhlil Onun fikrincə, hökumətin təqibləri və “hədə qorxu” siyasəti nəticəsində jurnalistlər arasında özünü senzura tətbiq olunur:

“Müxalifət qəzetinə prezidenti diktator adlandırmağa icazə verilir. Lakin bu, hökumətə təhlükə təşkil etmir. Ancaq jurnalist prezident ailəsinin saxta biznes əməllərinin araşdırılmasına başladığı təqdirdə bu təhlükəli ola bilər”.

Hərçənd ki, fəallar “Eurovision” müsabiqəsinin boykotu əvəzinə ondan faydalanaraq hökumətin yaratdığı “cazibədar fasad” arxasındakı reallığa diqqəti yönəltmək fikrindədirlər, qəzet yazır.

Almaniya nəşrinə görə, “Eurovision”la bağlı hökumətin də xüsusi planları mövcuddur.

Belə ki, Bakı özünün beynəlxalq imicini yaxşılaşdırmaq arzusundadır.

Bu ilin yanvar ayında mahnı müsabiqəsinin almaniyalı təşkilatçılarına müraciətində Almaniya hökumətinin insan haqları üzrə komissarı Markus Löning onları yarışmadan insan haqları ilə bağlı kampaniya aparmaq üçün istifadə etməyə çağırıb.

Bunun ardınca almaniyalı rəsmi Ermənistan maraqlarına xidmət etməkdə suçlanılıb, yazır Spiegel.

Məqalədə deyilir ki, Avropa Yayım Birliyi (EBU) bu olayda tarazlaşmış siyasət aparmağa çalışır.

“O, müsabiqənin siyasətdən kənar olduğunu deyərək hökumətin açıq tənqidindən yayınır”.

Təşkilatçıların mətbuat açıqlamasında insan haqları kimi dəyərlərin vurğulanması ilə yanaşı ilk müsabiqənin İspaniyada, Franko diktaturası vaxtı keçirildiyi də qeyd olunur – qəzet yazır.

BBC Azeri

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button