Təcili: Gədəbəydə ağır döyüşlər başlad

Bu gün Gədəbəy rayonunun cəbhə xəttində bütün gün boyunca Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında sərt döyüşlər gedib. 

Bu barədə yerli sakinlər virtualaz.org və haqqin.az saytlarına məlumat veriblər.

Məlumata görə, döyüşlər zamanı iriçapl silahlardan, artilleriya, minaatanlardan, hətta hərbi vertolyotlardan istifadə olunub.

Hər iki tərəfdən ölən və yaralananların olduğu barədə məlumatlar gəlir.

Hazırda cəbhə xəttində döyüşlər davam edir. Azərbaycan Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttində sözügedən istiqamətdə sərt döyüşlərin getdiyi barədə informasiyaları təsdiqləyiblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button