Tikinti və avtomobil şirkətlərinın faiz fırıldaqları…

vuqarbayram-1

“Banklardan sonra bir sıra tikinti və avtomobil servis şirkətləri də əhalini aldatmağa və yumşaq desək, şirnikləşdirməyə başlayıblar. Yəqin ki, son zamanlar müxtəlif şirkətlərin 4.4 effektiv faizlə mənzil və ya avtomobilin kreditə satışı barədə reklamları ilə tanış olmusunuz. Dünyanın heç bir normal şirkətinin iş təcrübəsində yalnız effektiv faizləri elan etməyə rast gəlinmir”.

Xural.com strateq.az -a istinadən xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, effektiv faizlər birbaşa müştəriləri aldatmaq və onların real (nominal) olmayan faizlər ilə cəlb etmək məqsədi daşıyır:

“Əgər müştəri 4.4 faizlə kredit götürə bilməyəcəksə və mənzil və ya avtomobil kreditini rəsmilləşdirən zaman daha yüksə faizlərlə rastlaşacaqsa, belə saxta faizləri elan etmək biznesin ən adi etik prinsiplərinə ziddir. Təbii ki, kredit üzrə effektiv faiz 4.4 faizdirsə o zaman real faiz şərtlərdən asılı olaraq bundan 2 dəfədən çoxdur.

Bu, ona bənzəyir ki, mağazadan su alırsınız və onun üzərinə 80 qəpik yazılıb, kassaya yaxınlaşın ödəniş edəndə satıcı sizdən 1 manat 20 qəpik tələb edir və deyir ki, su üzərində olan effektiv qiymətdir və ora kommunal xərclər, işçilərin maaşı və s. daxil deyil. Real qiymət 1 manat 20 qəpikdir. Bu 4.4 faiz effektiv faiz elan edib, amma kreditə daha yüksək faiz hesablamaqdan heç də az təəccüblü deyil. Çünki hər iki halda müştərinin aldadılması baş verir. Maraqlıdır ki, ötən il Mərkəzi Bank yalnız effektiv faizin qadağan edilməsi barədə banklara məktub göndərsə yenə də müştərilərin aldadılması davam edir. Mərkəzi Bank isə buna, yumşaq desək, “göz yumur”. Bir azdan bu şirkətlərin müştəriləri cəlb etmək üçün mənzillərin və ya avtomobillərin effektiv qiymətlərini elan etsələr təəccüblənməyin.

Deyə bilərlər ki, hansısa avtomobil 15 min manat effektiv qiymətə təklif edilir. Avtomobili alanda isə deyəcəklər ki, real qiymət 25 min manatdır, elan edilən effektiv qiymət idi. Qəribədir, amma bizdə bu heç kimi artıq yəqin ki təəccübləndirməz. Təəssüf ki, bəzi şirkətlər biznes etikası və ya müştəri məmunluğunu deyil, yenə də daha qısa zamanda daha çox gəlir əldə etməyi hədəfləyirlər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button