Türkiyə lideri: “Azərbaycan xalqının göstərdiyi həmrəyliyi əsla unutmayacağıq”

“İlham qardaşımın və Azərbaycan xalqının fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra göstərdiyi həmrəyliyi əsla unutmayacağıq”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün səfərbər olmuşdu: “Seçkilər dövründə də Azərbaycan xalqının mənəvi dəstəyini hiss etdik. Mayın 28-də Ankara və İstanbul kimi, Bakıda da eyni təntənə, sevinc var idi. Azərbaycanlı qardaşlarımız da qələbəmizə ən azı bizim qədər sevindilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button