Türkiyədə gün ərzində ikinci partlayış –Bir hərbiçi həlak oldu

Türkiyənin Şırnak əyalətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.

“Sabah” qəzetinin verdiyi məlumata görə, partlayış kustar üsulla hazırlanmış partlayıcının işə salınması ilə törədilib.

Bu, son bir neçə saat ərzində Türkiyədə baş vermiş ikinci partlayış olub.

Xatırladaq ki, Türkiyə prezidenti R.T.Ərdoğan da bəyanatla çıxış edib: “Bunlar terrorun yardımçısı, üzvləridir”

“Avropa İttifaqının terror qruplaşması elan etdiyi PKK-nın Avropa meydanlarında mitinqlər keçirməsinə icazə verilir”.

“Haber 7” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Müəllimlər günü” ilə bağlı keçirilən toplantıda bildirib.

“Almaniya kimi bir ölkə “Terrora – Xeyir!”, “Demokratiyaya -Hə!” mitinqi keçirmək istəyənlərə icazə vermir. Qərbin bu səmimiyyətinə inanmaq olarmı? Türkiyə Cümhuriyyəti prezdentinin telekonfrans keçirməsinə icazə verilmir, ancaq terrorçuların nümayişinə izn verilir. Bunlar terrorun yardımçısı, üzvləridir. Kimsə durub bizə dərs verməsin. Kimliyindən asılı olmayaraq, terrora dəstək verəni bağışlamacağıq”, -deyə o vurğulayıb.

Qeyd edək ki, Almaniyada “Terrora – Xeyir!”, “Demokratiyaya -Hə!” şüarı ilə mitinqin keçirlməsinə Almaniyada icazə verilməyib. Həmin mitinqə Rəcəb Tayyib Ərdoğanın da telekonfransla qatılacağı planlaşdırılıbmış.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button