Türkiyənin Daxili İşlər naziri: “İstanbulda terror törədən Öztürk İŞİD ilə bağlıdır”

istanbul terror

Türkiyənin daxili işlər naziri Əfqan Ala  martın 19-da İstanbulun İstiqlal prospektində terror aktının Mehmet Öztürk tərəfindən törədildiyini açıqlayıb.

Bu gün keçirdiyi mətbuat konfransında Ə. Ala deyib ki, mənfur olayı törədən terrorçunun 1992-ci ildə Qaziantepdə anadan olmuş Mehmet Öztürkdür.

Ə.Ala bildirib ki, əldə edilən faktların terrorçunun İŞİD terror təşkilatı ilə bağlı olduğunu göstərir:

 “Mənə gələn məlumatlara görə Mehmet Öztürklə bağlı hər hansı axtarış qərarı olmayıb. Məsələnin bütün detalları hərtərəfli araşdırılır. İndiyə qədər olayla bağlı  5 nəfər saxlanılıb”.

Martın 19-da İstanbulun İstiqlal prospektində terror aktı törədən canlı bombanın Mehmet Öztürk olduğu bu, bu gün tamamlanan DNA testi zamanı təsdiqini tapıb.

Qeyd edək ki, Türkiyədə polis və kəşfiyyatı İstanbulda terror aktı törədən canlı bombanın ölkədə axtarışda olan 4 İŞİD terrorçusundan biri olan Savaş Yıldız, yaxud bölgədə kameralarda görüntüsü olan 24 yaşlı Mehmet Öztürk olması ilə bağlı iki ehtimalını araşdırırdı.

Qeyd edək ki, İstanbulda törədilən terror nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button