Vəkil məhkəmənin qərarını qərəzli adlandırıb

Kamandar Nəsibov

Bakı Apellyasiya Məhkəməsində tanınmış vəkil Kamandar Nəsibov və “Baku Fires” boks klubunun üzvü Məhəmməd Qurbanovun “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə virtualaz.org saytına vəkil Kamandar Nəsibov məlumat verib.

Prosesə hakim Aygün Abdullayeva sədrlik edib. Prosesdə qərar elan olunub. Qərara əsasən, Xətai Rayon Məhkəməsinin çıxardığı qərarı qismən ləğv edilib. K.Nəsibov və Q.Məmmədova dəymiş ziyanla bağlı ödəniləcək məbləğ azaldılıb.

Vəkil K.Nəsibov məhkəmənin qərarından narazı olduğunu deyib və kassasiya şikayəti verəcəyini bildirib: “Bu, qərəzli bir qərardır. Bizə dəymiş ziyan tan ödənilməlidir”,

Qeyd edək ki, 2015-ci ildə vəkil K.Nəsibov “Baku Fires” boks klubunun hüquqşünası kimi, komandanın üzvü M.Qurbanovla birgə “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə ilə Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə turnirə gedərkən, Braziliyanın San-Paulu şəhərinin aeroportuna eniş edib. Daha sonra həmin təyyarə İstanbula qayıdıb.

K.Nəsibov və M.Qurbanov “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyini məhkəməyə verib. Xətai Rayon Məhkəməsinə müraciət edən hər iki şəxs dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Belə ki, məhkəmə K.Nəsibova dəymiş 23 min 621 manat pulun 11 min 677 manatının, M.Qurbanova dəymiş 21 min 689 manat pulun 11 min 647 manatının aviaşirkət tərəfindən ödənilməsi barədə qərar çıxarıb. Qərardan narazı qalan iddiaçılar və cavabdeh qarşılıqlı apellyasiya şikayətləri veriblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button