Vəfa Quluzadə vəfat etdi

vəfa quluzadəAzərbaycanın tanınmış politoloqu Vəfa Qulzuadə vəfat edib.

Vəfa Quluzadə  Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuşdur.

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası Mirzəağa Quluzadə-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır.

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.

19621964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdır.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdir.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdir.

1990-ci ildə Azərbaycana qayıdır və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyir. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevinhakimiyyəti dövründə də öz postunda qalır.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak etmişdir. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olmuşdur.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdir. AzərbaycanErmənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak etmişdir.

V.Quluzudə, H.Əliyev administrasiyasının üzvlərindən (hətta daha aşağı vəzifə sahiblərindən belə) fərqli olaraq, prezidentin siyasi opponentlərinə qarşı çıxışlar etmirdi. Bu da onun professional imicini müəyyən edirdi.

1999-cu ilin sonlarına yaxın, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident Heydər Əliyev katibliyinin rəhbəri Eldar Namazovla bir vaxtda istefa verdi. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.

Lakin müşahidəçilər göstərilən səbəbləri diplomatik addım hesab edirlər. Əslində isə onun bu hərəkəti Azərbaycan-Ermənistan danışıqlarından uzaqlaşdırılmasına etiraz kimi dəyərləndirilirdi.

Vəfa Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilir. Onun SSRİ XİN-dəki dosyesində yazılıb: “fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır.”

Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evli idi. Bir qızı və dörd nəvəsi var. Vəfa Quluzadə 1 May 2015-ci ildə vəfat etmişdir. Oğlu Murad 2010-cu ildə 36 yaşında ikən onkoloji xəstəlikdən vəfat etmişdir.

xural.com mərhumun yaxınlarına və doğmalarına başsağlığı verir.
Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button