Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi üzvləri Qurban Bayramında vicdan məhbus ailələrini ziyarət etdi

092400130635Sentyabrın 24-də Qurban Bayramı münasibətilə Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi üzvləri  vicdan  məhbusları – jurnalist və blogerlər  ailələrini ziyarət ediblər. Komitənin üzvü “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının verdiyi məlumata görə, Komitənin digər üzvləri “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və “Siyasi Məhbusların Monitorinq Mərkəzi”nin sədri Elşən Həsənovla birlikdə siyasi məhbuslar Tofiq Yaqublunun, İlkin Rüstəmzadənin, Hilal Məmmədovun, Sirac və Fərəc Kərimli qardaşlarının,, Rauf Mirqədirovun, Ömər Məmmədovun, Rəşadət Axundovun və avgust ayında  zorakılığa məruz qalaraq dünyasını dəyişmiş jurnalist Rasim Əliyevin ailələrində olublar, onlara bayram hədiyələrini çatdiriblar.

Onların rastlaşdıqları problemlərlə bağlı söhbətlər ediblər. Hazırda paytaxtda olmayan siyasi məhbus ailələri – Pərviz Həşimlinin, Xədicə İsmayılın, Seymur Həzinin, Nicat Əliyevin, Araz Quliyevin, Ərşad İbrahimovun yaxınları ilə əlaqə saxlayaraq onları təbrik ediblər.

Görüşdən sonra hər bir siyasi məhbusun üzləşdiyi problemlərlə bağlı Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin imkanları daxilində müəyyən tədbirlər görəcəyini deyən Ə.Zeynallı bu cür ziyarətlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini qeyd etdi: “Hər bir siyasi məhbus ailəsi tək olmadıqlarını, hər zaman vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini hiss etməlidir. Bu baxımdan, bu ailələri təkcə bayramlarda deyil, mütəmadi olaraq ziyarət etmək, siyasi məhbusların həbsxanalardakı vəziyyətləri ilə maraqlanmaq, ailələrin qarşılaşdıqları çətinliklərdən birgə çıxış yolu axtarmaq lazımdır. Onsuz da bu ailələr bu və ya digər halda haqsızlıqlarla üzləşiblər, bu cür ziyarətlər həm də bu insanlara mənəvi dəstək verildiyini göstərmək üçün vacibdir”.

Komitənin sədri Arzu Abdullayeva səfərdə olduğu üçün ziyarətdə iştirak edə bilməyib. O da vurğulanıb ki, siyasi məhbusların birgə siyahısında yer alan bütün siyasi və vicdan məhbuslarının ziyarət olunacaq.

Hal hazırda Azərbaycanda 14 jurnalist və bloger azadlıgdan məhrum olunub.

2015-09-24 12.39.34 2015-09-24 13.11.56 IMG_20150924_1435512015-09-24 13.31.43EZ adas adadfsg asfa

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button