Yaxın 2 gündə havalar necə olacaq?

gence_rain_110614Yaxın iki gün ərzində Bakıda hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 23-28, dağlıq ərazilərdə gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button