“Yuxuda səni görmüşəm, Necəsən mənsiz?”-ŞEİR

Gün Ay Ümid

 

Bir it hürdü gəlmədiyin tərəfə…
Avtobusun isigi düşdü
Buxarlandığın küçənın gözlərinə…
Bir əl ovuşdudu otagın yuxulu xatirələrini…
Sonra bir siqaret alişdi
Yoxluğunun
buz nəfəsində…
İt… avtobus… xatirələr və
siqaret
Susdu, söndü, unuduldu, əridi…
bitti.
Daha özün bilərsən.
Uydura bilmədiyim bəhanə
Onu da deyim ki,
çay içdiyin bardağı da
yumağa qıydım,
sonra sevgin
təkrar əlimə bulaşar deyə
qırdım…
Ayrıldıq…
Ən boyük ayrılıqlar
Boşluğa açılan qolların
boyundan başlar…
Ən qəddar sevgilər
oyundan başlar…
Mən yenə uduzdum,
Yenə gecikdim…
Əlimə batan çiliklərlə
qanıma hopduğunu
anlamaga gecikdim…
İndi…
Boğula-boğula qürurumu udub,
Uydura bildiyim ən axmaq bəhanənin
əlindən tutub,
Təbəssümlə üzümü örtüb gəlmişəm –
Gəlmişəm deyəm ki,
yaxşıyam sənsiz…
Yuxuda səni görmüşəm,
Necəsən mənsiz?
27.10.2017

 

Yuxu yozumu

 

Yaman solaxaydı urək ağrısı,

Sancısı şeirdən tutub yeridi.

Taleyi ovucdan oxuyan sair,

Əllərim bir ovuc sığal yeridi.

 

İçimdə bu soyuq nədir, donuram,

yaman üşüyürəm ürək əsəndə.

Daha dindirmirəm xəyallarımı,

dilimi kəsmisəm kəlmə kəsəndə.

 

Duamın əlləri göyə uzanıb,

hey dartır tanrının ətəyin yerə.

Bir şeir canı var agrılarımın,

çəkmişəm qələmin tətiyin yenə.

 

Elə yorulmuşam, bu yolsuzluğum

yerisəm, bir addım zamandı, şair.

Dərd təzə dəmləyib goz yaslarımı,

gəl içək, soyutma, amandı, şair…

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button