Zamirə Hacıyevanın barəsində axtarış elan edilməsi təsdiqlənib

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində axtarış elan edilib. Bu barədə dövlət tərəfindən təyin edilmiş vəkil Səxavət Şahbazov bildirib. Həbs barədə qərarı iyunun 1-də Nərimanov Məhkəməsi çıxarıb.

“Zamirə Hacıyevanın həbs olunub istintaqa verilməsi üçün barəsində axtarış elan edilib”, – vəkil bildirib.

Xəbər verildiyi kimi, Z.Hacıyeva Beynəlxalq Bankın vəsaitinin oğurlanması ilə bağlı qalmaqallı cinayət işi üzrə mənimsəmə faktında ittiham olunur.

Qeyd edək ki, Z.Hacıyeva ötən ilin dekabrında əri həbs olunandan sonra ölkədən gedib.

Sonradan məlum olub ki, C.Hacıyev 42 mln. manat mənimsəmədə ittiham olunur. Lakin o, Beynəlxalq Bankın 80 mln.-a yaxın həcmdə səhmini dövlətə qaytarıb.

Güman etmək olar ki, vəsaitin bir hissəsi xaricə və ya offşorlara çıxarılıb ki, istintaq bunun qaytarılmasına çalışır.

Bundan öncə maliyyə naziri Samir Şərifov “Amerikanın səsi”nə bildirib ki, oğurlanan vəsaitdən 400 mln. manatı qaytarmaq mümkün olub. Qeyri-rəsmi məlumatlara görə, oğurlanan vəsaitin həcmi bir neçə milyardlarla ölçülür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button