Zelenski: “Ukrayna ordusu cəbhədə bəzi mövqeləri azad edib”

Ukrayna hərbçiləri gün ərzində mövqelərini itirməyib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin axşam müraciətində bildirilir.

“Ukrayna hərbçiləri cəbhədə irəliləyib və Rusiya işğalçılarını geri oturda bildilər”, – Zelenski vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, dünən baş komandanlığın iclasını keçirib, toplantıda komandanlar və komandirlər cəbhədəki vəziyyət barədə məruzə ediblər.

“Döyüşçülərimiz cəbhənin bəzi ərazilərində irəliləyir, bir sıra ərazilərdə isə mövqelərini müdafiə edir və işğalçıların hücumlarına və gücləndirilmiş hücumlarına müqavimət göstərirlər. İtirdiyimiz mövqelər yoxdur. Yalnız azad edilmiş ərazilər. Onların yalnız itkiləri var”, – Zelenski əlavə edib.

O, Ukrayna bayrağının ölkənin cənubunda və şərqində dalğalanacağını vurğulayıb. Zelenski qeyd edib ki, Rusiya ordusuna Ukraynanı dayandırmağa imkan verəcək istehkamlar belə yoxdur.

“Mən bütün döyüşçülərimizə – hazırda fəal hücum və müdafiə əməliyyatlarımızda iştirak edən hər bir əsgərə, hər bir çavuşa, zabitə və generala təşəkkür edirəm. Hər bir azad edilmiş və müdafiə olunan mövqeyə görə sizə təşəkkür edirəm”, – Prezident deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button