“Qarabağ gündəliyi” toplusunun 5-ci sayı çapdan çıxıb
Qarabağ Azadlıq Təşkilatının ənənəvi olaraq nəşr etdirdiyi “Qarabağ gündəliyi” toplusunun 5-ci sayı çapdan çıxıb.
Toplunun bu sayında son 6 ay ərzində Qarabağ ətrafında cərəyan edən hadisələr, Minsk qrupu həmsədrlərinin vastəçiliyi ilə aparılan danışqların gedişi, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, ekspertlərin fikirləri, atəşkəs rejiminin pozulması statistikası və digər məsələlər əks olunub.
Rusiyanın təşəbbüsü ilə üçtərəfli görüşlərin keçirilməsinə, bu görüşlərdə goyulan məslələrin həqiqi mahiyyətinin açılmasına, erməni terrorçuluğu və vəhşiliklərinin konkret faktlarla ifşa edilməsinə, işğalçı Ermənistana qarşı müharibəni labüd edən amillərin göstərilməsinə xüsusi fikir verilib.
Toplu ictimai kitabxanalara, ali təhsil məktəblərinə, dövlət qurumlarına, ictimai-siyasi təşkilatlara pulsuz olaraq paylanılır. Arzu edənlər toplunun növbəti sayını QAT-ın mərkəzi ofisində pulsuz əldə edə bilərlər. İnternet istifadəçiləri toplunun elektron versiyasından karabakh-doc.azerall.info saytında istifadə edə bilərlər.
Xural” qəzeti,
İl: 9, sayı: 028 (436), 24 -30 iyul 2011-ci il