Əhliman Əmiraslanov Kürdəmirdə şəhidlərin yas mərasimində iştirak etdi

ehlima

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov aprelin ilk günlərində cəbhə xəttində baş verən toqquşmalarda qəhrəmancasına şəhid olan Kürdəmir rayonunun Sığırlı kənd sakini, kəşfiyyatçı, Qurbanov Tural Gülşad oğlunun yas mərasimində iştirak etmişdir.

O, şəhidin atasına və doğmalarına başsağlığı verərək övladlarının vətənin qorunması və işğal altında olan torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq göstərərək şəhid olduğunu qeyd etmişdir. Əhliman Əmiraslanov  ölkə başçısı cənab İlham Əliyevin uğurlu siyasəti və mükəmməl ordu quruculuğu nəticəsində tezliklə işğal altında olan torpaqlarımızın  tam azad olunacağına əmin olduğunu bildirmişdir.  Şəhidin atası Gülşad Qurbanov Əhliman Əmiraslanova təşəkkür edərək,  onun hər bir məsələdə seçicilərinə xüsusi həssaslıq və qayğı ilə yanaşdığını vurğulamışdır.

    Əhliman Əmiraslanov son döyüşlərdə qəhrəmancasına şəhid olmuş digər Kürdəmir rayon sakini, Mi-24 təyyarəsinin ekipajı, baş leytenant Bəkir İsmayılovun da yas mərasimində  iştirak edərək vətən yolunda həlak olmuş şəhidlərimizə uca tanrıdan rəhmət diləmişdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button