Əli İnsanovun vəkili: “O, əfv olunacağını bilmirdi”

“Dünən Əli İnsanovla görüşmüşdüm. O, əfv olunacağını bilmirdi”.

Bunu virtualaz.org-a Ə.İnsanovun vəkili Ağaveys Şahverdi deyib.

Onun sözlərinə görə, Əli İnsanov artıq tezliklə azadlığa çıxacağını bilir. Lakin vəkil keçmiş nazirin dəqiq nə vaxt azad ediləcəyini bilmir: “Əfv fərmanı dərc edildikdən sonra mən islah müəssisəsinə getdim. Mənə bildirdilər ki, İnsanovun Prezidentin fərmanından xəbəri var.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button