Əməkdar jurnalist Mais Məmmədov vəfat etdi

84 yaşında vəfat edib...

Əməkdar jurnalist Mais Məmmədov 84 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.

Ağır mədəaltı vəzi xəstəliyindən əziyyət çəkən jurnalist bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. M.Məmmədov SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın – ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS-də baş müşavir vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button