Ərəstun Oruclu Avropa muxtariyyat modelinə qarşı

Ərəstun Oruclu

Hakimiyyət vətəndaşlarının azadlıqlarından tutmuş mülkiyyət hüquqlarına qədər açıq-aşkar tapdalayır. Sizcə ermənilər belə bir dövlətin tərkibində yaşamaq istəyərlərmi?” 

Sentyabrın 23-də Bakının “Gülüstan” sarayında Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində çıxış edən prezident İlham Əliyev, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələrinin Dağlıq Qarabağda da tətbiq edilə biləcəyini söyləyib: “Dağlıq Qarabağa Avropada tətbiq edilən muxtariyyətin verilməsi Azərbaycan üçün nə dərəcədə faydalı olacaq”, – sualına cavab verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, Avropa muxtariyyət modellərinin yalnız qanunun aliliyi, demokratiyanın və insan haqlarının işləndiyi Avropa ölkələrdə mövcud olduğunu bildirdi:

“Hesab edirəm ki, Avropada olan mövcud muxtariyyətləri Azərbaycana tətbiq etməzdən əvvəl, Azərbaycan hakimiyyəti çalışmalıdır ki, Avropa siyasi təfəkkürünü Azərbaycana tətbiq eləsin. Belə çıxır ki, Avropada olan demokratik dəyərlər, insan haqları və qanunun aliliyi bizim üçün məqbul sayılmır. Amma Dağlıq Qarabağ arasında yaşayan ermənilərə gəldikdə isə Avropada olan muxtariyyət modeli onlara tətbiq olunur. Tənqidi bir münasibət kimi yox, sadəcə olaraq bunu demək istəyirəm ki, Avropa muxtariyyət modelləri yalnız qanunun aliliyi, demokratiya və insan haqlarının işlədiyi Avropa məkanın kimi məkanlarda mövcud ola bilər. Sanki bu ona oxşayır ki, elə bil Azərbaycanda yol hərəkət qaydalarını dəyişmək istəyirlər və bununla bağlı İngiltərədə olan “sol tərəfli” nəqliyyat sistemini Azərbaycanda olan 10% nəqliyyat üçün tətbiq edirlər. Qalan 90%-i isə əvvəllərdə olduğu kimi, yolun sağı ilə hərəkət edirlər. Bunun hansı fəlakətlərə gətirib çıxaracağını deməyə ehtiyac belə yoxdur. Yəni dediyim odur ki, Avropanın hansısa normativini və ya qanununu Azərbaycana tətbiq eləmək üçün biz Avropanın bütün dəyərlər sistemindən istifadə etməyi bacarmalıyıq. Ermənilər avtokrat şəkildə idarə olunan Azərbaycanın tərkibində Avropa modelli muxtariyyət şəklində yaşamaq istəyərlərmi? Əlbəttə ki, yox. Onlar Azərbaycanın tərkibində yalnız o zaman yaşaya bilərlər ki, Azərbaycan dövlətinin siyasətinə, onların hüquqlarını müdafiə edəcəklərinə inana bilsinlər. Azərbaycan hakimiyyəti öz vətəndaşlarının azadlıqlarından tutmuş mülkiyyət hüquqlarına qədər açıq-aşkar tapdalayır. Sizcə ermənilər belə bir dövlətin tərkibində yaşamaq istəyərlərmi? Mənə elə gəlir ki, bunların hamısı sadəcə olaraq söz oyunlarıdır. Hesab edirəm ki, bu uğursuz bir siyasətdir.”

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button