Əvəz Zeynallının Mətbuat Şurası ilə məhkəməsi davam edəcək

Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyeva

15.01.2014

 “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan şikayətə yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyilə baxılacaq.

Məlumat üçün bildirək ki, ötən il sentyabrın 18-də Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun qərarı ilə “Xural” qəzetinin iddiaları təmin olunmayıb. Dekabrın 19-da isə,  apellyasiya şikayətində baş redaktor Əvəz Zeynallının  məhkəməyə gətirilməsilə bağlı müraciət olsa da hakim Cəmilə  Səfiyeva onun məhkəmədə iştirakını təmin etməyib. Məhkəmədə Mətbuat Şurasının nümayəndələri də iştirak etmədiyindən növbəti proses 16 yanvar 2014-cü ilədək təxirə salınıb.

Onu da qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan edib. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Azərbaycan məhkəmələri işə ədalətli baxmadığı təqdirdə, onu Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədir.

evez-zeynalli-dusunceliQEYD: Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsilə – Dələduzluq – cinayət işi qaldırılan Gülər Əhmədovanın əsassız, fakt və dəlil-sübutsuz şikayəti ilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty InternationalHuman Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək,  hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edir.

Müstəqil mətbuatın nümayəndəsi olduğunu iddia edən bütün həmkarlarımızı məhkəmədə iştirak etməyə çağırırıq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button