“28 May”da “30 Aprel” gərginliyi

Anım və etiraz aksiyaları

Bu gün ADNA-da baş verən faciənin ikinci il dönümü ilə bağlı ali məktəbin qarşısında səhər saatlarından başlayan anım mərasimi davam edir. “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, səhər saatlarında bir neçə gənclər təşkilatları, o cümlədən “İrəli” Gənclər Təşkilatı Milli Şurası anım mərasimində iştirak edib, xatirə qurbanları yad ediblər. Onların anım mərasimində iştirakına polis tərəfindən müdaxilə olunmayıb.

Bu saatlarda isə bir neçə müxalifətyönlü gənclər təşkilatları faciə qurbanlarını anmaq üçün əraziyə yaxınlaşıblar. Bu təşkilatlardan olan “Nida” cəmiyyəti də etiraz aksiyası keçirmək istəyindədir.

Hazırda ərazidə bir neçə tərəfdən polis nəzarəti həyata keçirilir. Metronun qarşısındakı meydançaya avtobuslar gətirilib. Polisin aksiya keçiriləcəyi təqdirdə müdaxilə edəcəyi gözlənilir. Ancaq hazırda anım mərasimi normal keçir. Əllərində gül dəstələri ilə ali məktəbin qarşısına yaxınlaşanlar öz ehtiramlarını bildirdikdən sonra ərazidən uzaqlaşırlar və onlara heç kim müdaxilə etmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button