“Azadlıq” Meydanına azadlıq tələb olundu

Klassik Xalq Cəbhəsi Partiyası bununla bağlı bəyanat yaydı

 KXCP-dən daxil olan məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib. Tanınmış ictimaiyyətçi Nərgiz Nağıyeva və 2010-cu il parlament seçkilərində 77 saylı seçki dairəsindən deputatlığa namizəd olmuş Qaya Əliyev KXCP sıralarına qəbul edilib.

İdarə Heyətinin toplantısında KXCP Ali Məclisinin növbəti sessiyasının 2011-ci il oktyabrın 16-da saat 11.00-da çağrılması qərara alınıb.

Azərbaycan Xalq Cümhuriyyətinin bərpasının 20 illiyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

İdarə Heyətinin toplantısında “Azadlıq” Meydanının mövcud vəziyyəti ilə bağlı məsələ müzakirə edilib və Bəyanat qəbul olunub. Bəyanatda deyilir: “Azərbaycan Xalq Cümhuriyyətinin – müstəqilliyimizin bərpasının 20 illiyinə Azərbaycan hakimiyyətinin “töhfələrindən” biri də “Azadlıq” Meydanının təyinatının dəyişdirilməsi – dağıdılmasıdır. Müstəqilliyimizin simvoluna çevrilmiş, milli dəyər statusu almış “Azadlıq” Meydanına hakimiyyətin bugünkü münasibəti Şəhidlərimizin ruhuna təhqir, dövlətçiliyimizə zidd addımdır. KXCP Azərbaycan hakimiyyətini millətin, dövlətin mənafeyinə uyğun addımlar atmağa çağırır, tarixi saxtalaşdırmağa yönəlmiş addımlara son qoymağı tələb edir. KXCP “Azadlıq” Meydanın azad olmasını tələb edir.”

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button