20 gəncin işi məhkəməyə göndərilib

Azərbaycan DİN Bakı şəhərində keçirilən qanunsuz aksiya ilə bağlı məlumat yayıb

Nazirlik bildirib ki, dünən saat 12.00-dan başlayaraq aksiya təşkilatçılarının tərəfdarları ümumi sayı 100 nəfərədək olan ayrı-ayrı kiçik qruplarla paytaxtın müxtəlif küçələrində ictimai qaydanı, əhalinin dincliyini nümayişkəranə şəkildə pozub və metronun “28 may” stansiyası yaxınlığında toplaşmağa cəhd göstəriblər.Görülmüş tədbirlərlə belə qanunazidd hərəkətlərin qarşısı alınaraq 43 nəfər saxlanılıb. Onlardan asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan 20 nəfərinin əməlləri ərazi polis bölmələrində müvafiq qaydada sənədləşdirilərək, toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti məhkəmələrə göndərilib. İzahatları alınmış daha 23 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.
Respublikanın digər şəhər və rayonlarında qanunsuz aksiya keçirmək cəhdi qeydə alınmayıb.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button