Əclafcasına yazılan “Quqark”

Seymur Baycanın imperiyaların çöküşündən oğurladığı bir neçə “çömçə” məmləkətin ədəbiyyat “qazan”larını bir-birinə qatıb…

Tanınmış yazar Seymur Baycanın yeni kitabı çapdan çıxıb. İşıq üzü görəndən bəri Azərbaycan mətbuatında eninə-uzununa dartışılan kitab “Quqark” adlanır. Kitabın mövzusu müharibədir. Kitabın redaktoru Şahvələd Çobanoğlu və Famil Cəfərlidir. Əsər dörd süjet üzərində qurulub.
Ən yaxşı təqdimat Seymur Baycanın öz dilindənolan təqdimatdır:

Qarabağ müharibəsi
Qarabağ müharibəsi haqqında xeyli əsərlər yazılıb. Amma yazılan əsərlərin böyük əksəriyyəti iki süjet üzərində qurulub. Ermənilər kəndi işğal edirlər. Və mağarada, zirzəmidə sığınacaq tapmış adamlar ermənilərə qarğışlar, lənətlər yağdırırlar. Ya da bir Azərbaycan əsgəri misilsiz qəhrəmanlıqlar göstərir. Mənim müharibəyə baxışım bir az başqadır. Sözün qısası, müharibə mövzusunda əsər yazan adam bir az “əclaf adam” olmalıdır. Mən də bu ənənəyə sadiq qalaraq, bir az “əclaf adam” olmağa cəhd etmişəm.

Sovet imperiyasının çöküşündən sonra baş verən proseslər
Əlbəttə, imperiyaların yaranması və çöküşü ədəbiyyat üçün böyük mövzudur. Mən də bu mövzu dəryasından bir neçə “çömçə” oğurlamaq cəhdində bulunmuşam.

Üçüncü növ ölkədə yaşayan yaradıcı adamın həyatı
Əsərin bu mənada qəhrəmanı müəllifin özüdür. Harda yaşayıram, necə dolanıram, nə yeyirəm, nə geyinirəm, nə düşünürəm… Açıq deyirəm, mən heç vaxt bu qədər səmimi ola bilməyəcəm. Birinci şəxsin dilindən yazan yazarın ən güclü silahı səmimiyyətdir.

Sevgi
Çoxları elə bilir ki, mən robotam. Sevgi mövzusuna müraciət etməklə robot olmadığımı bir balaca sübut etməyə çalışmışam. Hər halda bütün insanlar kimi mənim də bədənim təbiət qanunlarına tabedir.

Kitab 1000 tirajla çap olunub və artıq satışdadır. Kitabı Qız qalasının yaxınlığında yerləşən kitab mağazasından, Nizami muzeyinin birinci mərtəbəsində yerləşən kitab mağazasından, “Əli və Nino” kitab mağazaları şəbəkəsindən, bukinist mağazalarından əldə edə bilərsiniz. Qiyməti 4 manatdır. Kitab 410 səhifədir.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button