30 İyun – Azərbaycanda Sevgililər Günüdür

Bu gün Azərbaycanda Sevgililər Günüdür. Sevgililər Gününün tarixi 2003-cü il fevralın 16-dan “Xural” qəzetinin Qızıl Kollektivinin təşəbbüsü ilə başlayıb. 90 həftəlik gərgin mübarizədən sonra Azərbaycan cəmiyyəti və mətbuatında qəbul olunmağa başlayan günün önəmli və mənalı tarixi var. Bu gün 20 yanvar şəhidi İlham Allahverdiyevlə onun həyat yoldaşı Fərizə Allahverdiyevanın adları ilə bağlıdır. İlhamla Fərizənin toyları – oğlan toyları 1989-cu il 30 iyun tarixində “Leyla” şadlıq evində olub. Cəmi 6 ay birlikdə yaşayan İlhamla Fərizənin xoşbəxtlikləri sovet ordusunun 1990-cı ilin yanvarında Bakıya silahlı yürüşünə qədər davam edib. İlham 19-dan 20-nə keçən gecə şəhid olub. Onu Xırdalan qəbiristanlığında dəfn ediblər. Amma cəmi bir gün sonra şərait dəyişib və Azərbaycan xalqının təkidi ilə 20 yanvarda şəhid olanları o zaman qədər “Dağüstü park” adlanan ərazidə dəfn etmək qərarı verilib. Elə dəfn günü İlhamı məzardan çıxarıb vidalaşmaq üçün evlərinə gətirəndə… Fərizənin cansız bədəni ilə qarşılaşıblar. Zatən Fərizə İlham ölən andan “Mən Sənsiz yaşamayacağam, İlham” deyirmiş. O, İlhamsız yaşaya bilməyəcəyini deyəndən sonra İlhamın növbəti gəlişində onunla birlikdə oldu. Özünü ona qovuşdurdu. Vətənin üzərinə yürüyən və Vətəni ilə onun cəsur oğlunu gülləbaran edən qarı düşmənin qorxunc vahiməsi İlhamının ölümündən sonra Fərizəsini də bürümüşdü. Azərbaycan və Azərbaycan xalqı kimi özünü dünyada tək və gücsüz hesab edən Fərizə son çarəni İlhamı ilə birlikdə əbədiyyətə yürüməkdə görmüşdü.

2003-cü ildən “Xural” qəzetinin nəcib təşəbbüsü ilə Azərbaycan xalqına, Azərbaycan gənclərinə qazandırılan bu gün indi artıq təkcə Azərbaycanda yox, bütün Türk və İslam dünyasında qeyd olunur.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button