30 İyun Sevgililər Gəzintisi tarixə belə yazıldı-VİDEO&FOTO
30 İyun Sevgililər Günündə Şəhidlər Xiyabanından İlhamla Fərizənin yanına, oradan da gözəl Bakımıza Sevgililər Gəzintisi təşkil olundu…
2003-cü ildən bəri hər il keçirilən ənənəvi Sevgililər Gəzintisi bu il də 30 İyun 2016-cı ildə qeyd olundu. Başda Əvəz Zeynallı olmaqla “Xural” qəzetinin Oxucuları, ictimai-siyasi xadimlər, gənclər təşkilatlarının nümayəndələri, sabiq siyasi və vicdan məhbusları, gənc sevgililər və gənclər Sevgililər Gəzintisini Şəhidlər Xiyabanının qarşısındakı meydandan başlayaraq qeyd etdilər. Günün önəmi haqqında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Milli Dövlətçilik Partiyasının sədri, sabiq siyasi məhbus Nemət Pənahlı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, ADR Hərəkatının sədr müsvini Ellada Məmmədli, D18 hərəkatının lideri Ruslan İzzətli, Avropa Azərbaycan Hərəkatının lideri Ramin Hacılı, keçmiş vicdan məhbusu, gənc fəla Rüfət Hacıbəyli, tarixçi-yazar Bəxtiyar Tuncay, müstəqil jurnalist Aydın Canıyev fikirlərini bölüşüb və sonra da Gəzintidə iştirak ediblər.
Gəzintidə ölkəmizin müxtəlif yerlərindən qatılan insanlar İlhamla Fərizənin məzarını ziyarət edib, onların məzarlarına gül qoyublar. Gəzinti xatirə şəkli çəkdirəndən sonra da davam edib.
xural.com