Əvəz Zeynallı: “Azərbaycanda millətçi-sosializmin yayılma təhlükəsi yoxdur”

Çağdaş Avropada neofaşizm təzahürü güclənir və Adolf Hitlerin “Mənim savaşım” kitabına maraq artır. Son ildə kitab öncə nəşri qadağan edilmiş ölkələrdə -İtaliyada və Almaniyanın özündə təkrar nəşr edilib. Bu barədə jurnalist Əvəz Zeynallı “Çətin sual” proqramına müsahibəsində deyib. Ə.Zeynallı 2004-cü ildə Hitlerin kitabını türk dilindən Azərbaycan dilinə tərcümə edərək nəşr etdirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Ə.Zeynallı kitab ideyasının yaranmasına gətirib çıxaran bəlanın səbəblərini anlamaq üçün ilkin mənbəyə  müraicət edilməsi barədə fikirlə razıdır.

“Kitabı oxumadan ondan gələn təhlükəni anlamaq olmaz. İtaliyalı naşir  haqlıdır – adamlar oxumağa başlayanda başa düşəcəklər ki, bu, nifrət, rasizmlə doludur və ondan imtina edəcəklər. Bu planda ingilislər  haqlıdır, onlar heç zaman kitabları qadağan etmirlər”, – Ə.Zeynallı bildirib.

Bir ədəbiyyat kimi kitab özü çox zəifdir və əvvəllər Almaniyada buna gülürdülər. Lakin bəzi cəmiyyətlərdə Hitlerin kitabındakı millətçi və hegemon ideyalar mübarizəyə qalxışır. Məsələn, belə təzahürlər xüsusən Rusiyada Krımın anneksiyası və Donbas hadisələri fonunda güclənir.

Halbuki, Rusiyada belə tendensiyalar bundan əvvəl, yüzilliklər boyunca– İvan Qroznıdan başlamış – qəsb, işğal, kütləvi qətllər və repressiyalara  qədər – olub.

Stalin kommunizmi Hitler nasizminin o biri tərəfi idi – həmin düşərgələr, deportasiya, kütləvi qətllər, Ə.Zeynallı hesab edir.

“Azərbaycanda millətçi-sosializmin yayılması təhlükəsi varmı?”  sualına Ə.Zeynallı mənfi cavab verib. Onun fikrincə, Azərbaycan cəmiyyəti heç zaman radikal dini və millətçi ideyaları qəbul etməz.

Bu cür hallar böyük əhaliyə və resurslara malik böyük ərazilərdə baş verə bilər.

Digər tərəfdən, qadağan olunmuş bütün kitablar Azərbaycan dilinə tərcümə edilməli, müzakirəyə çıxarılmalı, onlarlardan gələn təhlükələr müəyyən edilməlidir.

Eyni zamanda Ə.Zeynallının fikrincə, tarixi zəmin olmasaydı Hitlerin adi kitabı dövlət ideologiyası miqyasına nail ola bilməzdi.  Nasizmin qələbəsinə səbəb Versal müqaviləsinin ədalətsiz şərtləridir.

Uzun əsrlər boyunca Avropa alman millətinin birləşməsinə mane olub.

Bunu yalnız 1871-ci ildə Bismark edə bildi. Lakin Birinci Dünya Müharibəsindən sonra Almaniya alçaldıldı. Almanların heysiyyatına toxunuldu və cəmiyyətdə revanşizm hissi əmələ gəldi və bu da Hitlerin hakimiyyətinə gəlməsinə səbəb oldu.

Vahid Almaniyanın təhlükəli olması barədə qabaqcadan yaranan yalnış fikir indiyədək qalır. Hətta 1980-cı illərin sonlarında Qərbdə bu ideyaya ehtiyatla yanaşırdılar və bu gün də əsas qərarların qəbulundan Almaniyanı uzaqlaşdırmaq istəyirlər.

Dünya praktikasında ayrı-ayrı kitabların millətlərin birləşməsində proqram əsəri rolunu oynamasına dair çox nümunələr var. Millətin parçalanmasını nəzərə alaraq azərbaycanlılar üçün belə kitaba ehtiyac varmı? Bu sualın cavabında Ə.Zeynallı deyib ki, həqiqətən bəzən ayrı-ayrı xadimlərin kitabları milli inkişafa istiqamət olub. Bunlar Atatürkün, Camal Əbdül Nasir və başqalarının kitablarıdır.

Lakin Azərbaycanda hələlik belə kitab yoxdur. “Güman ki, qarşıda bizi daha böyük mübarizə gözləyir. Və ola bilsin ki, kimsə kitab yazsın və bizim ümumi bəlalarımızı ümumiləşdirərək onların həlli yollarını göstərsin”, – Ə.Zeynallı bildirib.

contact.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button