7 ay əvvəl Putindən müsahibə alan amerikalı jurnalist işdən qovuldu

Bu ilin mart ayında Rusiya prezidenti Vladimir Putindən müsahibə alan NBC News telekanalının jurnalisti Meqin Kelli bu gün işdən qovulub.

Bu haqda informasiyanı CNN telekanalı yayıb.

Mənbə bildirir ki, oktyabrın 23-də jurnalist efirdə hellouinin geyimləri haqda rasist dolu şərhlər deyib. Bu da onun işdən çıxarılması ilə nəticələnib.

NBC News telekanalının əməkdaşlarının bildirdiyinə görə, Meqin bu gün çəkilişə buraxılmayıb.

Mənbə qeyd edib ki, jurnalist şərhindən bir gün sonra rəhbərlikdən üzr istəsə də onunla bağlanan iş müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Meqin Kelli həm jurnalist, həm də aparıcı kimi çox məşhurdur.

O, mart ayında Putindən müsahibə aldıqdan sonra hesab edib ki, Rusiya liderinin əlində Donald Tramp haqda hər hansı bir dəlil var: “Fikirləşirəm ki, bu, 1990-cı illərdə rusiyalılarla Trampın qurduğu iş və qazandıqları pullarla bağlı ola bilər”.(aznews.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button