Paşinyan delimitasiya və demarkasiyadan danışıb

Baş nazir Paşinyana görə, müvafiq komissiya Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinləri formatında işini ən qısa müddətdə bərpa etməlidir.

O, hökumətin iclasında deyib ki, delimitasiya və demarkasiya işlərinin gücləndirilməsi vacibdır. Onun sözlərinə görə, Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı mövqeyi dəyişməzdir. Sitat: “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası işləri üzrə həll edilməsi çox vaxt tələb edən məsələlər var. Ancaq yanaşma birmənalı olmalıdır – buna doğru getmək.” Paşinyan hesab edir ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri də bölgədə kommunikasiyaların açılmasıdır. Tez bir zamanda komissiya Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinləri formatında işini bərpa etməlidir.

Bundan əvvəl baş nazir Nikol Paşinyan sərhəd məsələsinin Ermənistan hakimiyyətinin gündəmində olduğunu bildirmişdi. O, bu prosesi “öz ölkəsinin ətrafında hasar” çəkilməsi ilə müqayisə edərək, suveren Ermənistan ərazisində Azərbaycan qoşunlarının olması şəraitində bu planların həyata keçirilməsinin qəbuledilməz olduğunu demişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button