Taron Ovannisyan:"Sərhəd bölgəsi sakinlərinin maraqlarına ciddi zərbə vurula bilər..."

Ermənistanın siyasi analitikləri keçmişi necə analiz edirlərsə, gələcəyi də o cür idarə etməyə çalışırlar. Üçtərəfli 10 noyabr sazişinin şərtlərinə imza atmasına baxmayaraq, yenə də nağıllarla mənsub olduqları millətin beynini qarışdırmaqda davam edirlər.

İndi də keçmişini və işğalçılıq siyasətini unudan “Orbeli” mərkəzinin analitiki Taron Ovannisyan Sputnik Ermənistana müsahibəsində deyib ki, “Ermənistanın Sovet İttifaqının Azərbaycanla son sərhədlərini tanıması sərhəd bölgəsi sakinlərinin maraqlarına ciddi zərbə vura bilər, İrəvan sadəcə buna gedə bilməz”.

Bundan əvvəl baş nazir Nikol Paşinyan sərhəd məsələsinin Ermənistan hakimiyyətinin gündəmində olduğunu bildirib. O, bu prosesi “öz ölkəsinin ətrafında hasar” çəkilməsi ilə müqayisə edərək, suveren Ermənistan ərazisində Azərbaycan qoşunlarının olması şəraitində bu planların həyata keçirilməsinin qəbuledilməz olduğunu deyib.

Taron Ovanisyanın fikrincə, məsələn, Azərbaycan sərhədini Dağlıq Qarabağın Kəlbəcər və ya Laçın bölgəsindən keçdiyini (indi Azərbaycanın nəzarətindədir) tanıyırıqsa, onda Dağlıq Qarabağ Respublikasının tanınması məsələsi onsuz da yox olmur, ancaq keçmişdə qalan Muxtar Respublikanın ərazisini nəzərdən keçiririk. Sitat: “Yəni formal olaraq sərhəd oradan keçə bilər, əgər müstəqil Qarabağın ərazisi tanınarsa. Məsələni daha geniş şəkildə nəzərdən keçirsək, bəli, burada Qarabağ məsələsi dayanır”, Ovannisyan onu da deyib ki, ancaq hər şey verilən nümunə ilə məhdudlaşmır. Məsələn, 1929 -cu ilə qədər Sovet Ermənistanının tərkibində olan Mets Al və Pokr Al gölləri var, hansı ki, indi də Azərbaycanın nəzarətindədir. Eyni şey Jermuk və Vardenis’e bitişik ərazilərə də aiddir.

Sisian bölgəsinin ən dar hissəsində Ermənistan ərazisi 27-28 km-ə çatır, ancaq XX əsrin 30-cu illərinin sənədlərinə baxsanız, 17 km daha geniş idi. Ancaq bəzi rəsmi bəhanələrlə bu ərazilər Sovet Azərbaycanına verilib. Sitat: “Bakıda çox irəli baxdılar və Ermənistandan daha çox torpaq qoparmaq üçün hər cür cəhdə əl atdılar. Bütün bu nüansları və şərtləri nəzərə alaraq, son Sovet sərhədləri boyunca demarkasiya aparmaq və həyata keçirmək mümkün deyil. Bütün bu məsələlər müzakirə mövzusudur və bu proses uzun müddət davam edəcək. Bakının indiki davranışına gəlincə, bu, Ermənistanı hər hansı bir rıçaqdan məhrum etmək, tələsik bir qərara məcbur etmək məqsədi daşıyır ki, bu da yalnız Azərbaycan üçün faydalı ola bilər. İndiki təmas xəttində Ermənistan ərazisi çox həssasdır, bir çox kənd və qəsəbə sakinlərinin minimum yaşayış şəraiti yaratmaq üçün kifayət qədər torpaqları yoxdur. Beləliklə, Ermənistan qısa müddətdə demarkasiya apara bilməz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button