ABŞ-ın Oreqon ştatında

Anomal istilərdən 63 nəfər ölüb

ABŞ-ın Oreqon ştatında anomal istilərdən azı 63 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli “Oregonian” qəzeti ştatın məhkəmə tibbi ekspertinə istinadən yazıb.

Ştatın ən böyük şəhəri Portlendin də daxil olduğu Maltnoma dairəsindən bildirilib ki, təkcə dairənin sərhədləri daxilində 44-97 yaş arası 45 nəfər ölüb. Bütün hallarda ölümün əsas səbəbi kimi hipertermiya və ya yüksək qızdırma göstərilib. Məlumata görə, 2017-2019-cu illərdə bütün ştat ərazisində yüksək istilənmədən cəmi 12 ölüm faktı qeydə alınıb.

Ştatda üç gün ərzində ilin bu dövrü üçün yüksək istilər qeydə alınıb, bazar ertəsi günü temperatur 46,7 dərəcəyə çatıb. Portlenddə gündüzlər istilik Selsi üzrə 30 dərəcəni keçir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button