Acəmi Baba Tağıyev…

Deputat olanda da acəmi idi…

Baba Tağıyevin saytı seçkilər dövründə yaranıb. Onun saytının yaranması bir həmkarımızın 2010-cu il parlament seçkilərindəki televiziya çıxışının nəticəsi olaraq meydana gəlib. Küyə düşən Baba müəllim apar-topar bu saytı yaradıb. Saytın fotolar bölümü də bu acəmiliyin və naşılığın əyani sübutudur. O qədər ki, adamın Baba müəllimin şəkillərinə baxanda uğunmağı tutur.

O, millət vəkili olanda da belə acəmi idi. O qədər ki, Fəzail Ağamalının sifarişlə Hüseyn Abdullayevə hücumu mərasimi başa çatmamış özünü Milli Məclisin tribunasına yetirmiş və xalqa müraciət etməyə macal tapmışdı. Elə o ağıllılığına görə də deputatlığına xitam verildi və elə o ağılla da Baba Tağıyev özünü Dünya Azərbaycanlıları probleminin həllinə istiqamətləndirdi. İndi onun qurub-yaratdığı «Avropa qapıları» DAK-ın birləşmə təntənəsinə xidmət göstərəcək. Və məhz bu səbəbdəndir ki, Baba müəllim saytında Hitlerin gənclik illərindəki kimi – özünün müxtəlif pozisiyalardakı fotolarını yerləşdirib. Onu burada hər formada görə bilərsiniz. Düşünəndə, danışanda, əsəbiləşəndə, sakitləşəndə, güləndə, qaşlarını çatanda, sifətini turşudanda…

Acəmi Baba Tağıyevin acəmi saytı…

Nə gözləmək olar ki…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button