Adil Əliyev restoran biznesinə keçdi?

İşçisi deputatı baltalamaq istəyib?!

Millət vəkili Adil Əliyevin həm də yaxşı biznes işləri ilə məşğul olduğu çoxlarına məlumdur. Bu günlərdə maraqlı bir məlumat əldə etdik ki, hörmətli millət vəkilinin “Nərimanov” rayonu ərazisində “Odissey” adlı həddindən artıq dəbdəbəli bir restoranı var. Restoranın Bakı şəhərinin ən bahalı və gözəl restoranlarından biri olduğu deyilir. Restoranın içi başdan-başa əl işləri ilə oyulmuş heykəlciklərlə bəzədilib. Restoranın tikintisi və təmiri üçün təxminən 2-3 milyon manat vəsait xərcləndiyi bildirilir. Daha bir diqqət çəkən məqam odur ki, bu qədər vəsaitə restoran tikdirən Adil Əliyev tikinti vaxtı işçiləri incidərək, onların pullarını gecikdirməklə məşğul imiş. Hətta bir dəfə Adil adlı bir işçi balta ilə cənab deputatı vurmaq istəyirmiş ki, “atam atana borclu deyil ki, haqqımızı niyə vermirsən?” Yalnız bundan sonra digər ustalar deputatı adaşının əlindən zorla ayırıblar və elə həmin gün işçilərin pulu ödənib.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button