Adli Mənsur Misirin müvəqqəti prezidenti oldu
Misir Konstitusiya Məhkəməsinin sədri Adli Mənsur ölkənin müvəqqəti prezidenti kimi and içib. Hərbçilər onun yeni prezident seçkilərinə kimi hakimiyyətdə saxlamağı düşünürlər.
Xatırladaq ki, bir gün əvvəl «Ərəb baharı»ndan sonra seçilən Məhəmməd Mursi dünən axşam ordu və xalq tərəfindən devrilib.
Misirin ordu komandanı general Əbdül Fəttah Sisi xalqa müraciət edərək, prezident Məhəmməd Mursinein devrildiyini bildirib: «Mursi Misir xalqının ümidlərini doğrultmadığı üçün ölkə Konstitusiyasının maddələri dondurulub».
Prezidenti təmsil edən «Müsəlman qardaşlar» Mursinin hərbi bazada həbsdə olduğunu bildirib. Bundan əlavə, hökumət başında duran daha iki yüksək çinlinin saxlandıqları da deyilib.
Qahirənin mərkəzində Təhrir meydanında toplaşan on minlərlə Mursi əleyhdarı hərbçilərin bəyanatını sevinclə qarşılayıblar. Bayram şənliyi bütün gecəni davam edib.
Tele-müraciətdə ordu komandanı siyasi böhranın həlli üçün görüləcək tədbirləri bəyan edib:
– Konstitusiyanın maddələri dondurulub. Əsas Qanun xüsusi yaradılmış komitə tərəfindən bir daha baxışdan keçiriləcək.
– Dövlət idarəsi müvəqqəti olaraq Ali Konstitusiya Məhkəməsinə həvalə edilib
– Texnokratların müvəqqəti hökuməti təyin olunacaq və növbədənkənar prezident seçkiləri keçiriləcək.
– Hər bir qanunsuz hərəkətə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən sərt şəkildə müdaxilə olunacaq
– KİV-də məhdud senzura dövrü başlayır
Qeyd edək ki, «Müsəlman Qardaşlara» məxsus telekanalın yayımını dayandırılıb.
Ölkədə hazırda qarışıqlıqdı. Bir sıra şəhərlərdə Mursi tərəfdarları ilə əleyhdarları arasında toqquşmalar yaşanıb. Ölənlər var.