Akif Çovdarovun Qulu Cəfərovu kimdir?(IV yazı) – VİDEO

IV hissə

“Mən bilirdim ki, Mahirlə Gülər Əhmədova bir-birini tanıyırlar. O vaxt eşitdim ki, Mahir hətta onların evinə gedib. Mahir onun həyat yoldaşı Fikrət Əhmədovla da tanış olub, yəni ailəvi tanışlıq.”

mahir

Qulu Cəfərovun fikrini nəzərdən keçirərkən, mən belə bir nəticəyə gəldim ki, uzun-uzadı mənim hüquqi cəhətdən onun hərəkətlərini qiymətləndirməyimin heç bir əhəmiyyəti yoxdur. Gəlin diqqət yetirək, görək Qulu Cəfərov özünə ən yaxın “ dost “ hesab etdiyi Mahir haqqında nə söyləyir və ona qarşı olan səmimiyyətini necə izah edir?

Qulu Cəfərov: “Mahir Azərbaycan dilində zorla danışırdı, başqa heç bir dil bilmirdi. Mahir heç vaxt, heç yerdə qala bilməzdi. Öz ailəsini, uşaqlarını o, çox istəyirdi, baxmayaraq ki, orda-burda başqaları ilə görüşürdü, ailəsi onun üçün hər şeydən üstün idi.”

Əgər bu mənim və yaxın dostlarının tanıdığı Mahir Abdullayevdirsə, o, nəinki Azərbaycan dilində səlist danışırdı, hətta bir sıra gözəl bəstələrin müəllifi idi. Mahiri tanıyanların hamısı bir ağızdan təsdiq edə bilərlər ki, o, çox məharətli pianoçu, eyni zamanda gözəl musiqi duyumuna malik biri olub. Bir də, başa düşə bilmirəm, niyə Mahir doğma ana dilində danışa bilməsin? Bu adam lal idi, yoxsa pəltək? Mahir Abdullayev fərqlənmə ilə Azərbaycan sektorunu bitirmişdi. O, sizdən fərqli olaraq Azərbaycan Respublikası MTN-nin zabiti, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu, Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatının sədri, ADPU-nun Azərbaycan Tarixi kafedrasının dosenti olmuşdu. Sizin söylədiyiniz, bu Azərbaycan dilini bilməyən Mahir Abdullayev BDU-nun “Tarix” elmləri üzrə ixtisaslaşdırılmış şurasında “Sovet-Türkiyə iqtisadi, elmi, texniki və mədəni əlaqələrində Azərbaycanın iştirakı (1971-1991)” mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi. M.Abdullayev 1997-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasında ilk dəfə 1971-1991-ci illərdə Azərbaycanla Türkiyə arasında mədəni, iqtisadi, elmi, texniki, diplomatik-siyasi münasibətlərin yaranması və inkişafını əsaslı şəkildə işləmişdi. M.Abdullayev 60 (altmış)-dan çox elmi yazının, 7 (yeddi) kitabın müəllifidir. Və bütün bunlar Azərbaycan dilini “bilməyən”, “savadsız” Mahir Abdullayevin xidmətləridir. Amma Mahir Abdullayev sənin arxalandığın və bu gün haqlı olaraq həbsdə olan Akif Çovdarov kimi, anadan olduğu diyarda nə öz valideynlərinin heykəlini qoyub, nə də məktəblərə onların adlarını verib.
Heç olmasa bir nəfər, “Öz ailəsini, uşaqlarını o qədər çox istəyirdi ki, baxmayaraq ki, orda-burda başqaları ilə görüşürdü, ailəsi onun üçün hər şeydən üstün idi “ cümləsini mənə izah etsəydi, həmin şəxsə minnətdar olardım. Q.Cəfərov, siz fikirlərinizə aydınlıq gətirin, bu insana nifrət dolu münasibətiniz nədən irəli gəlir, bütün hallarda siz qərar verin, bu insan sizin dostunuzdur, yoxsa düşməniniz? Şəxsən mənim fikrim sizin üçün maraqlıdırsa, onu söyləyə bilərəm ki, Mahir bəzilərindən fərqli olaraq əsl kişi olub, daima ətrafındakılara, yaxınlarına əl tutub, onlara dəstək verib, elə götürək sizə, yəqin ki, bunu danmayacaqsınız. Ailəsini hər şeydən üstün tutub, Mahirin yeganə səhvi ürəyinin başında bilməyərəkdən sizin kimi zəhərli ilan bəsləməsidir.

mahir abdullayev

Əslində, Qulu Cəfərovun müsahibəsinin konkret hədəfi var. Buna biz hələ qayıdacağıq. Lakin öncə Q.Cəfərovun salnamə sayağı müsahibəsinin bəzi epizodlarına hörmətli oxucunun diqqətini cəlb etmək istəyirəm. Qulu Cəfərov deyir: “Mən sənədləşməni tez həll edənlərdən idim. Amma camaat 2000 manat alanda mən yazıq 500 manat alırdım.” Hətta bu insan utanmadan bildirir ki, “2001-ci ildə oradan (ABU-nu nəzərdə tutur) aralaşdım. Elə bir səbəb yox idi. Sadəcə qazanc get-gedə yox idi orada.” Bir də, Q.Cəfərov “ortaya subut qoy, həbs elə də, sübut edə bilmirlər” cümləsini işlədərək, bunu şəxsən özü tələb edir. O, haradan bilə bilərdi bir neçə il sonra onun himayədarlarının və şəxsən özünün iştirakçısı olduğu qanunsuz işlərin üstü açılacaq, adı bir sıra ağır cinayətlərdə hallanan Akif Çovdarov həbs olunacaq? Onu intizarda qoymaq hesab edirəm, düz olmaz. Siz necə sayırsınız, hörmətli prokurorluq əməkdaşları? Dübarə bu günə kimi deyib bir subut ortaya qoya bilmədiyiniz halda, heç olmasa Q.Cəfərovun sayəsində ABU-da korrupsiya var imiş bəyanatını verə bilmək imkanı əldə edirsiniz. Gözünüz aydın, hörmətli prokurorluq əməkdaşları, Q.Cəfərovun adam oğurluğunda mümkün iştirakını sübut etmək mümkün olmasa da, özünün qeyd etdiyi qanunsuz hərəkətləri ən azından AR CM-nin 311-ci maddəsinin tələblərinə uyğundur. Elə başa düşürəm ki, artıq özünü Azərbaycan Tarixi, Dövlət Hüququ Tarixi, İnsan Hüquqları, Demokratiya dərsləri üzrə mütəxəsis bilən Q.Cəfərovu ilkin təhqiqata dəvət etmək olar. Siz necə fikirləşirsiniz, hörmətli hüquq-mühafizə orqanlarının əməkdaşları?
Nə qədər primitiv, ucuz bir fikir söyləyir bu Q.Cəfərov: “Onlar burdan Kürdəmirə gedəndə bir dəfə də olsun yolda dayanıb, çörək yeməzdilər. Xəsisliklərindən. Mən Mahiri çox yaxşı tanıyıram. Mahirdə heç vaxt pul olmazdı. Semestrdən semestrə hərdən əlinə pul keçərdi. Elə bil bərəkətsiz adam idi.” Mən çox üzr istəyirəm ana və bacılarımızdan, lakin bunu məcburiyyət qarşısında söyləməliyəm ki, heç iki qadın qeybət edən zaman bu qədər məntiqsizliyə yol vermirlər. Mən bu insanı qınamıram, əgər bir insan yaxın “dost” adlandırdığı bir şəxs barəsində dünyada olmayan sözləri söyləyirsə, deməli, bu adamın bizə məlum olmayan problemləri var. Çünki bu insanın söylədiyi əhəmiyyətsiz fikirlər onun bioloji faktorunun göstəriciləridir. Əgər belə olmasaydı, bu adam ən azından bir neçə saniyə öncədən söylədiyinin təmamilə əksini söyləməzdi. Qulu Cəfərov: “Dedim, a kişi, mən Mahirdən pul qazanırdım (guya bu sözləri o, Abdullayev qardaşları tərəfindən Mahirin aqibəti ilə bağlı sorğu-sual olunan zaman deyib), onun itməsini istəməzdim axı. Qızıl alırdı ordan-burdan, onu satırdı.”

mahir abdullayev1

Gəl bunu başa düş, gah deyir, pulu yox idi, bərəkətsiz idi, gah deyir, ondan pul qazanırdım, qızıl alıb-satırdı. Əgər həqiqətən də Mahir bu qədər xəsis, bərəkətsiz bir insan olubsa, bundan soruşan lazımdır, niyə bu adamın puluna gedib Rusiya Federasiyasında meşə alırdın? Sonra da Akif Çovdarovu oyuna soxurdun? Deməli, belə çıxır ki, siz Q.Cəfərov Mahir Abdullayevdən maliyyəcə kasıb, onun puluna ehtiyacı olan birisi olmusunuz. Yəqin ki, bunu da danmayacaqsınız.
Ümumiətlə müsahibədə Q.Cəfərovun dedikcə maraqlı, hüquq-mühafizə orqanlarını maraqlandıra biləcək fikirləri öz əksini tapıb. Misal üçün, Q.Cəfərov bildirir ki: “Bu adam (Elşad Abdullayevi nəzərdə tutur) məni də hər yerdə o cinayətkar dəstənin üzvü kimi təqdim edir. Guya Mahirin oğurlanmasını biz təşkil etmişik.” Eyni zamanda Q.Cəfərov elə özünün qoyduğu suala heç kimə əziyyət vermədən cavab verir: “Dedim, ay kişi, mən Mahirdən pul qazanırdım, onun itməsini istəməzdim axı.” Yəni Q.Cəfərovun məntiqindən belə çıxır ki, əgər o, Mahir Abdullayevdən pul qazanmasaydı, onun tərəfindən sonuncuya qarşı hər hansı bir pisliyin törədilməsi mümkün ola bilərdi. Təəccüblüsü budur ki, Q.Cəfərov bu mənasız müsahibəsində (yazara heç bir aidiyyatı yoxdur) E.Abdullayevi qınayır ki, bəs hansı səbəblərdən sonuncu onu hər yerdə cinayətkar dəstənin üzvü kimi təqdim edir, M.Abdullayevin oğurlanmasını təşkil edən adam kimi qələmə verir. Amma müsahibəsində onlarla insanlara qarşı ittihamlar irəli sürdüyü halda, bir dəfə olsun belə onun cinayətkar dəstənin üzvü olması haqqında E.Abdullayevə məlumat verən Mirsaib Məcidovun, Natiq Babaşovun və Qazaxlı Sona xanımın adını hallandırmır. Axı ay Q.Cəfərov, bu adları çəkilən insanlar ictimaiyyətə təqdim olunan video-disklərdə təmiz Azərbaycan dilində bəyan edirlər ki, siz onlarla M.Abdullayevin məsələsini müzakirə etmək üçün görüşə TT markalı tapança ilə silahlanıb gəlmisiniz, siz uzun müddətdir hansısa vəzifəli şəxslərin, xüsusilə Akif Çovdarovun çirkin oyunlarında istifadə olunmusunuz, siz E.Abdullayevə qardaşı ilə bağlı məlumat vermək istəyən vətəndaşları izləyib, onları qorxu altında saxlamısınınz. Hansı səbəblərdən bu şəxslər haqqında bir kəlmə olsun belə dastan açmırsınız? Yuxarıda adları çəkilən 3 şəxsdən ikisi, daha doğrusu, Saib Məcidovun və Natiq Babaşovun məhkəmə prosesləri keçirilən zaman, niyə siz həmin proseslərdə iştirak etmədiniz, niyə siz həmin şəxsləri prosesdə sizin barənizdə yalan danışdıqlarını üzlərinə demədiniz, niyə siz bu gün qəflətən ortaya çıxdığınız kimi, bir müddət öncə peyda olub bu şəxslərə qarşı məhkəmə davası açmadınız? Siz nəinki bu şəxslərə qarşı dava açıb ittiham irəli sürmədiniz, hətta kimlərinsə səyi nəticəsində ümumiyyətlə, adınız istintaq materiallarından çıxarıldı, baxmayaraq ki, sizə qarşı çox ciddi faktlar mövcud idi. Q.Cəfərov əgər yaddaşınızı təzələmək istəyirsinizsə buyurun, bu görüntüləri nəzərdən keçirin, sonra qərar verin, siz yaxın dostsunuz, yoxsa…

Bu video görüntüdə Mirsaib Məcidov açıq aydın bil,dirir ki, siz Akif Çovdarovla bir adamsınız, siz onun tapşırıqlarını yerinə yetirirsiniz. Bu ittihamların qarşısında siz necə susursunuz, bu şəxslə üzbəüz gəlib öz günahsızlığınızı sübut etmək əvəzinə, durub KİV-ə moizə xarakteri daşıyan müsahibə verirsiniz ki, Mahir belə getdi, qardaşı belə gəldi.
Q.Cəfərov, əgər siz heç kimdən çəkinmədən “Mən ABU-dan aralansam da, hamını tanıyırdım. Elşadın köməkçisi Mirzə ilə əlaqəm vardı, orda baş verənlərdən xəbərdar idim. Mahir itməmişdən 15 gün qabaq Elşad prorektorlardan biri olan Bəylərlə Fransaya getmişdi. Elşad ordan oktyabrın 11-də gəlib. Həmin vaxt Aqil Əliyevə çatası 20 milyon dolları verməmək üçün getmişdi Fransaya. Qara pullar idi bunlar. O qayıdandan 2 gün sonra Mahir itkin düşdü” kimi fikirləri kütləvi informasiya vasitələrində açıq-aydın söyləyirsinizsə, bu, çox qaranlıq məqamlardan xəbər verir. Siz durun mərhum A.Əliyev barəsində onu nüfuzdan salan kəlmələr söyləyin, sizə qarşı heç kim məhkəmə davası açmasın, sizi təzminatlarla müflis etməsinlər və dübarə, heç nə olmamış kimi Bakı şəhərini dolaşın, bu, həqiqətən də mistikadır.
Bu insan yetənə yetir, yetməyənə daş atır. Maraqlısı budur ki, bu daşları ona kim verir? Misal üçün, Q.Cəfərov birnəfəsə mandat alverində adı hallanan Gülər Əhmədovanın və onun həyat yoldaşı Fikrət Əhmədovun, tanınmış müğənnilər Xumar Qədimovanın, Elza Seyidcahanın, Mətanət Əsədovanın adlarını çəkir, azmış kimi, bu şəxslərin hər birinin M.Abdullayevlə tanış olduqlarını qeyd edir. Şəxsən mən Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri, əlimdə M.Abdullayevə dair kifayət qədər istər rəsmi, istərsə də qeyri-rəsmi materiallar olan bir insan kimi, bu məlumatlara malik deyildim. Misal üçün Q.Cəfərovun “Mən bilirdim ki, Mahirlə Gülər Əhmədova bir-birini tanıyırlar. O, vaxt eşitdim ki, Mahir hətta onların evinə gedib. Mahir onun həyat yoldaşı Fikrət Əhmədovla da tanış olub, yəni ailəvi tanışlıq. Çünki Mahir də APİ-də Tarix fakültəsinin Komsomol katibi idi, Fikrət Əhmədov da ikinci katib idi” kimi ifadəsi məndə böyük maraq doğurdu, yəqin ki, siz də razılaşarsınız ki, Mahir Abdullayevin keçmiş millət vəkili ilə tanış olmaları, hətta onun millət vəkilinin evində olması nəinki bizim üçün, hətta 105157 saylı cinayət işinin istintaqını aparan prokuror və müstəntiqlər üçün də maraqlı ola bilərdi. Xatırladaq ki, istər G.Əhmədovanın, istərsə də mərhum S.Babayevanın rektorla ictimaiyyətə təqdim olunmuş video-audio disklərdə əksini tapmış dialoqlarında M.Abdullayevin adı dəfələrlə hallanır. Əslində, son iki epizodu buraxıram Gülər xanımın üzərinə, qoy bunun cavabını o versin, sözsüz ki, sabiq millət vəkili özü bunu arzulasa.
Əgər Qulu Cəfərovun müsahibəsini diqqətlə nəzərdən keçirsəniz görərsiniz ki, sonuncu bu müsahibədə ona və yaxın adamı olduğu Akif Çovdarova qarşı illərlə yığılıb qalmış suallara cavab verməyə çalışır, məlum video görüntülərdə N.Babaşovun və M.Məcidovun söylədiyi hər məqama özünə sərf edən şəkildə cavab verməyə, daha doğrusu, barələrində söylənilən rüsvayçı faktları təhrif etməyə çalışır. Diqqət yetirin, videogörüntülərdə deyilir ki, “Qulu TT markalı tapança ilə görüşə gəlirdi.” Qulu Cəfərov bunun müqabilində bildirir ki, “Elsəvər Abdullayev mənim başıma tapança sıxmışdı.” Bu insan özü belə hesab edir ki, o, məharətlə Akif Çovdarovun ifşa olunmasının qarşısını alıb. Söyləyir: “Məni bir nazirlə, nə bilim, bir generalla məclisdə görüb, sonra məndən əl çəkdilər.” Və yaxud da MAHMK-nin rəhbərinin azad hərəkət etmək hüquqlarının məhdudlaşdırılması məsələsinə adekvat olaraq özünün respublika hüdudlarını tərk etməyə icazə verilmədiyini dilə gətirir.

Ardı var

azad mursaliyev

Azad Mürsəliyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button