Alen Simonyan: “Ermənistanda Qarabağla bağlı hər hansı institutun yaradılmasına imkan verilməyəcək”

Qarabağ separatçılarına Ermənistanda hər hansı bir institut yaratmağa imkan verilməyəcək.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib.

Onun sözlərinə görə, İrəvanın separatçıların hansısa təşkilatını maliyyələşdirmək planı yoxdur.Spiker Qarabağla bağlı hər hansı institutların yaradılması cəhdini Ermənistanın təhlükəsizliyinə təhdid və zərbə sayır. O, həmkarlarını belə bir mövqe tutmağa çağırıb. Bununla belə onun fikrincə, Qarabağ ermənilərinin problemləri var və Ermənistan rəhbərliyi bunları həll etməlidir.

Parlament rəhbəri vurğulayıb ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına az da olsa güman var: “Ümid edirik ki, sülh müqaviləsi imzalanacaq. Belə ki, Baş nazirin də dediyi kimi üç əsas prinsip üzrə razılıq əldə edilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button