Ali Radanın deputatı: “Zəngəzur dəhlizinin açılması günün tələbidir”

“Ermənistan-Azərbaycan münaqişəsinin kifayət qədər qısa müddətdə başa çatması geosiyasi baxımdan böyük uğurdur. Ukrayna bunun nə qədər çətin olduğunu və nə qədər güc və səbr tələb etdiyini çox yaxşı bilir, axı ölkəmizdə hərbi əməliyyatlar artıq səkkizinci ildir davam edir”.

Bunu Ukrayna Ali Radasının (parlament) deputatı, Nəqliyyat və infrastruktur komitəsinin katibi Gennadiy Vatsak bildirib.

O qeyd edib ki, Ermənistan və Azərbaycan indi ancaq hələ də kövrək olan sülhü möhkəmləndirməli və daimi inkişafa can atmalıdır:

“Burada danışıqlar aparmaq və qarşı tərəfi dinləmək, xüsusən nəqliyyat əlaqələrinin bərpa edilməsi və qurulması kimi layihələr də çox vacibdir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionlarının, o cümlədən bölgənin dünya ilə əlaqəsi səbəbindən günün tələbidir. İstənilən regionun və ya ayrıca bir ölkənin inkişafı üçün müxtəlif infrastruktur, mədəni, sosial layihələr həmişə qonşu ölkələrlə əlaqələrin qurulması, iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində bir addımdır. Amma bu cür layihələr elə həyata keçirilməlidir ki, proses iştirakçılarının hər biri tamhüquqlu oyunçu olsun, eyni zamanda təşəbbüslərin iqtisadi məqsədəuyğunluğu nəzərə alınsın, qarşılıqlı hörmət, bütün regionun hüquq və maraqlarının müdafiəsinə qarşılıqlı riayət edilməsi olsun. Yalnız belə yanaşma ilə regionda sülhün, sabitliyin bərqərar olması və ölkələrin keyfiyyətcə yeni beynəlxalq səviyyəyə çıxması üçün zəruri olan iqtisadi və millətlərarası münasibətlərin bərpası və sabitləşməsi baş verə bilər”, – deyə, G. Vatsak əlavə edib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button