Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda keçirilən Müsavat Partiyasının IX qurultayı başa çatıb.

Xural.com-un verdiyi məlumata görə, qurultayda ən çox səs toplayaraq 262 səslə partiyanın başqanı yenidən Arif Hacılı seçilib.

Qeyd edək ki, 2014-cü ildə partiyanın VIII qurultayında da Arif Hacılı başqan postuna seçilmişdi.

IX qurultay ərəfəsində partiya başqanlığına 3 şəxs iddiasını qoymuşdu. Bunlar Müsavat Partiyası Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılı idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button