“AXA”: Dünya əhalisinin ruhi sağlamlığı pisləşir

Yayımlandı: 16 Mart 2024 14:32

Əsas problemlər depressiya, travma sonrası stress pozğunluğudur

Almaniyanın məşhur “AXA” sığorta şirkəti hesablayıb ki, dünya əhalisinin ruhi sağlığı günbəgün pisləşir.

Dünyanın müxtəlif coğrafi bucaqlarındakı 16 ölkədə sağlıq durumu araşdırılıb, ölkələrin əhalisinin psixatrik xəstə faizləri öyrənilib.

2023-cü ilin əvvəlində İspaniyada əhalinin 26, Türkiyədə, Meksika və İrlandiyada 30, Taylandda 26, Belçikada 23 faizinin psixatrik xəstəlikləri olub.

2024-cü ilin əvvəlində İspaniyada 26 faiz 34-ə, Türkiyədə, Meksika və İrlandiyada 30 faiz müvafiq olaraq 38, 36, 37 faizə, Taylandda 26-dan 31-ə, Belçikada 23-dən 30 faizə yüksəlib. Əhalinin psixatrik xəstəlikəri olan hissəsi ABŞ, Almaniya, İsveçrədə sabit qalıb.

Psixatrik xəstəlikləri “qazanan” əsas kəsim 18-34 yaş arası gənc əhalidir.

Əsas problemlər depressiya, travma sonrası stress pozğunluğudur (TSSB/PTSD). Burda da cinsi balans yoxdur, psixatrik pozutular yaşayan qadınlar kişiləri nisbətən üstələyir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button