“Axı bunun mənə, xalqıma nə dəxli var!”

azal“Aviabiletlərin qiymətləri həm də ona görə artırılıb ki, AZAL Bakıda keçirilən Avropa Oyunları zamanı minlərlə idmançını və onların məşqçilərini pulsuz daşıyıb…”
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında AZAL rəhbərliyini qiymətləri artırdığı üçün tənqid etdi. AZAL Dövlət Konserninin rəhbərliyində təmsil olunan şəxslərdən biri haqqin.az saytının aviabiletlərin bahalığını tənqid edən məqalələrinə münasibət bildirərəkən deyib ki, “Aviabiletlərin qiymətləri həm də ona görə artırılıb ki, AZAL Bakıda keçirilən Avropa Oyunları zamanı minlərlə idmançını və onların məşqçilərini pulsuz daşıyıb…”
Azərbaycan Avropa Olimpiya Oyunlarına qucaq aşdı. Maliyyə baxımından hər hansı bir dövlət bu yarışları keçirərkən, ilk növbədə öz dövlətinin maliyyə maraqlarını nəzərə alır və bu yolla qazanc əldə edə bildiyi təqdirdə bu cür iriçaplı tədbirlərin keçirilməsinə razılıq verir. Bu ayrı məsələdir ki, nə üçün Azərbaycan dövlətin maliyyə maraqlarını arxa planda saxlayıb və onsuz da idman oyunlarına qatılacaq bütün əcnəbiləri pulsuz idarə edib. Dövlət maliyyə baxımından bundan heç nə qazanmayıb. Artıq olimpiya oyunları arxada qalıb və onun buraxdığı ağır maliyyə izləri vətəndaşların büdcəsində hiss olunur.
İstər ABŞ dollarının manata nisbətən məzənnəsinin – infilyasıyanın  artması seldən sonrakı dağınıqlara bənzəyir. Qazanc bir yana, hələ görünür uzun müddət xaricilərə özümüzü “varlı” göstərməyin acısını sadə xalq çəkəcək. Baxmayaraq ki, bu haqda qərar çıxarılan zaman dövlət büdcəsindən müvafiq xərclər üçün vəsait ayrılmışdı, AZAL yenə də bütün qəbahətlərini dövlətin və prezidentin qərarının üzərinə atır.
Soruşan da yoxdur ki, “balam, sənin bu “əliaçıqlığının” ona, buna, mənə nə dəxli var axı.. Bunu qərara imza atmazdan əvvəl düşünəydiniz. İndi sizin borclarınızı biz ödəməli deyilik ki…”
Görünür, bu məmur toplusu öyrənib,  yeyib-içsin, hesabı da xalqa ödətdirsin! 
Sadiq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button