Ayxan Məmmədovun səhhətində ciddi problemlər yaranıb

488539_43025430.07.2013
Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı gündəmə gələn və ötən ilin sonunda Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun səhhətində ciddi problemlər yaranıb.
AzNews.az-a daxil olan məlumata görə, o, son zamanlar həddindən artıq əsəbidir və hərəkətlərində rabitə yoxdur. Yaxınları saytımıza deyib ki, onun psixi problemləri yaranıb. Səbəb kimi isə axır vaxtlar pulsuzluqdan əziyyət çəkdiyi, problemlərinin həddindən artıq çox olduğu göstərilir. Bildirilir ki, həmişə “əli pulnan oynayan” Ayxanın belə duruma düşməsi onunçün faciəyə çevrilib.
Mənbə deyir ki, A.Məmmədovun zəhərlənməsi barədə məlumat həqiqət olmasa da, yataq xəstəsi olduğu barədə iddialar həqiqətə uyğundur. Onun heç kimlə görüşmək istəməməsi özünə qapanması vəziyyəti bir qədər də gərginləşdirib.
Vəziyyət o qədər kritikləşib ki, Ayxan dünən hətta özünə ziyan vurmaq istəyib. Belə ki, o, “Mercedes c-klass 220” markalı 10 TK 783 nömrə nişamlı maşınının aylıq 240 manatlıq kreditini ödəyə bilmədiyi üçün dünən əsəb gərginliyi keçirib və maşına oturaraq, onu yüksək sürətlə divara çırpıb. Bildirilir ki, A.Məmmədovun məqsədi özünə zərər yetirmək olsa da, xoşbəxtlikdən maşının təhlükəsizliyi yüksək olduğu üçün ona heç nə olmayıb. Kreditdə olan “Mercedes” markalı maşın isə zərbədən yararsız hala düşüb.
Hadisə yerinə YPX əməkdaşları və sığorta mütəxəssisləri də gəlib.
Mənbə onu da iddia edir ki, A.Məmmədovda bu cür əsəbilik hələ anası S.Babayevanın sağlığında da var imiş. Ancaq anasının vəfatından sonra yaranan maddi çətinliklərin ardınca, onun əsəbləri tamamilə sıradan çıxıb və onu özünüqəsdə təşəbbüs göstərəcək səviyyəyə gətirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button