“Prezident seçkiləri həmişə olduğu kimi, yenə də ədalətli, şəffaf keçiriləcək…”

a.hasanov-jurnalistlar-musahiba_30.07.2013

Əli Həsənov: “Azərbaycanda qarşıdan gələn prezident seçkiləri həmişə olduğu kimi, yenə də ədalətli, şəffaf keçiriləcək və ən layiqli namizəd qalib olacaq”.

Bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 30-da jurnalistlərlə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlarla əlaqə şəraitində seçki praktikasının təkmilləşdirilməsi, seçkilərin daha şəffaf, ədalətli keçirilməsi ilə bağlı dünya təcrübəsinin tətbiqi sahəsində müəyyən işlər həyata keçirir: “ATƏT, Avropa Şurası, Avropa İttifaqının müvafiq strukturları ilə bu istiqamətdə müəyyən işlər aparırıq”.

Əli Həsənov onu da deyib ki, payızda keçiriləcək prezident seçkilərində seçicilər iradələrini azad şəkildə ifadə edəcəklər. Seçkilərin nəticələri qısa müddətdə, şəffaf şəkildə ümumiləşdirilərək elan olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button