Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək?

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda iddialara münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək: “Erkən parlament seçkilərinin keçiriləcəyi barədə heç bir məlumatım yoxdur”.

Ə.Əhmədov Ermənistanda yaşanan daxili qarşıdurmalar barədə də fikrini bölüşüb. Onun sözlərinə görə, bu qarşıdurmalara səbəb tənəzzüldür: “Çətinliklər 3-5 aya aradan qalxmayacaq. Bu, kiminsə baş nazir seçilməsindən asılı deyil. Nə qədər Ermənistan təcavüzkar siyasəti davam etdirəcək, erməni xalqı üçün bu məşəqqətlər, çətinliklər qalacaq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button