Polis maşını sirena verib prezidentin yanından keçdi, rəis qandallandı

Özbəkistan prezidenti Şövkət Mirziyoyev şəxsi təhlükəsizlik xidmətinin rəhbəri Abdurahim Mominovu işdən çıxarıb, Daşkənd yol polisinin rəhbəri Barat Mamenov isə həbs olunub.

Məlumatı “AzadlıqRadiosu”nun özbək xidmətinə təhlükəsizlik xidmətinin anonimlik şərtilə danışan iki əməkdaşı verib.

Onların deməsinə görə, Mirziyoev aprelin 23-də Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov-la birlikdə Daşkənddə gəzərkən polis maşınının sirena verərək onların yaxınlığından keçməsinə qəzəblənib.

Mənbələr bildirir ki, Mominov Fövqəladə Hallar Nazirliyində yeni vəzifəyə keçirilib, Mamenov isə beş gün həbsdə saxlanıb. Mamenovun aprelin 28-də buraxıldığı, aprelin 30-da yenidən saxlandığı, otağından “əlləri qandallı aparıldığı” bildirilir.

Bu məlumatı rəsmi təsdiqlətmək mümkün olmayıb.

Virtualaz.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button