Azərbaycanda yanğınların qarşısı alınır! – FHN XƏBƏR VERİR

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə, meşə zolağında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Məlumata görə, Lənkəran rayonunun Maloja kəndi yaxınlığında meşə zolağında baş verən yanğın, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində söndürülüb. Yanğın zamanı 10 ha sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb. Meşə zolağının qalan hissəsi, yanğından mühafizə olunub.

Yardımlıdaki yanğın isə, davam edir. Burada FHN-in şəxsi heyəti, Ekologiya Nazirliyinin əməkdaşları və yerli sakinlər, yanğınla mübarizəni hələ  də davam etdirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button