“Azadlıq Salnaməsi”ndə Aslan İsmayılov danışır (I hissə): “İlyas İsmayılov sərt şəkildə dedi ki…”-VİDEO

“Azadlıq Salnaməsi”nin 12-ci qonağı tanınmış hüquqşünas Aslan İsmayılovdur

 

Sumqayıt 1988 – unutdurulmaq istənilən faciə!

 

1988-ci ildə baş verən Sumqayıt hadisələrinin növbəti ildönümü olmasına baxmayaraq, ölkədə dərin və qəribə bir susqunluq var. Xocalı faciəsinin fonunda Sumqayıtdan danışan demək olar ki, yoxdur. Mən demirəm ki, ölkənin bütün resursları faciələrimizə köklənsin və elə səhərdən-axşama ağlaşaq, yox, sadəcə, ölkənin informasiya siyasətinə rəhbərlik edənlərin siyasəti elə tarazlanmalıdır ki, vacib hadisələr araşdırılsın, cəmiyyətin diqqətinə çatdırılsın və unutdurulmasın. Sumqayıt da digər faciələrimiz kimi unutdurulmayacaq hadisələrdəndir və gün keçdikcə əhəmiyyətini artıra-artıra gedir.

Sumqayıt hadisələrinin arxasında ermənilərin dayandığı artıq məlumdur. Hadisəni törədənlərin SSRİ DTK-nın adamları olduğu təxminən bütün mənbələr tərəfindən təsdiqlənir. Amma bu boyda və bu  miqyasda hadisənin baş verməsinə və arxasında açıqca kənar faktorların dayanmasına baxmayaraq, qəribə bir susqunluq hiss edilir Azərbaycan hakimiyyəti tərəfindən. Təsəvvür etmək belə mümkün deyil ki, cinayət işinin materiallarının itirildiyini zənn ediblər uzun müddət. Millətin önəmli məsələsinə belə laqeyd münasibətin yalnız başqa səbəbləri ola bilər.

Sumqayıt hadisələri genişmiqyaslıdır. Tanınmış hüquqşünas Aslan İsmayılovla bu hadisələrdən danışdıq. Aslan İsmayılov Sumqayıt işində dövlət ittihamçısı qismində çıxış edib. Ona görə də hadisənin mahiyyətini tamamilə bilir və illərdir ki, bu mövzuda sözün bütün mənalarında savaşır. Yalnız 2010-cu ildən Sumqayıt haqqında “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabını yazandan sonra hadisə yenidən gündəmə gəldi. Maraqlıdır ki, o da qısqanclıqla. Aslan İsmayılovun kitabını da, fikirlərini də kserokopiya edib, onun özünü də kənarlaşdırmaq istədilər. Film çəkəndə də, sayt yaradanda da, kitablar yazanda da. Halbuki Aslan İsmayılovun dediklərinə görə, prezident İlham Əliyev hadisəylə maraqlanmaq və cinayət işini yeniləmək üçün birbaşa tapşırıqlar veribmiş. Bu tapşırıqlardan sonra hətta Prezident Administrasiyasının səlahiyyətli nümayəndələri Aslan bəyin özü ilə görüşmüş, onunla fikir alış-verişində bulunmuşdular.

Sumqayıt hadisələri indiyə qədər bilmədiyimiz məqamlarla doludur. Hadisəni SSRİ DTK-sı törədib. Artıq buna kimsənin şübhəsi yoxdur. Amma hadisənin miqyası cəmiyyətin reaksiyası ilə adekvat deyil. Biz hələ də bilmirik, ya da çoxdan unutmuşuq ki, Sumqayıt hadisəsi ilə bağlı bir iş yox, azı 4-5 iş olub – Moskvada olub, Stavropolda olub, Voronejdə olub… O işlərdə nələr olub, kimlər mühakimə olunub, kimlərə nə qədər iş verilib, tutulanların aqibəti necə olub – geniş ictimaiyyət bu haqda məlumatlı deyil. Niyə? Axı ermənilər bu hadisədən istifadə edib dünya ictimaiyyətini əleyhimizə qaldırmayıblarmı? Bəs hadisəni onların törətdiyini bilə-bilə, bu haqda təkzibedilməz faktlara malik ola-ola niyə susqundur Azərbaycan dövləti? Daha nəyi və nə qədər gözləmək olar ki?!

Sumqayıtla bağlı ayrı-ayrılıqda açılan bütün cinayət işləri çox əhəmiyyətlidir. Onlardan ən məşhuru Əhməd Əhmədovun ölüm hökmü aldığı və sürətlə də icra olunduğu işdir ki, bundan başqa cəmiyyətdə elə də ciddi informasiyalar yoxdur. Biz “Azadlıq Salnaməsi”ndə çalışdıq ki, o işlər haqqında da Aslan İsmayılovun bildiklərini ala bilək. O da sağ olsun, bildiklərini səmimiyyətlə danışdı.

Aslan İsmayılov Sumqayıt haqqında kitab yazıb. O kitabı ingilis, alman və rus dillərində tərcümə etdirərək yayıb. Kitabın möhtəşəm təqdimatını keçirib. Sumqayıt hadisələri haqqında saytlar açıb və o saytlarda Sumqayıt hadisələri haqqında maraqlı faktlar yerləşdirib. Onun bu əməyi və işi nəinki dövlət tərəfindən dəstəklənməyib, hətta haqqı yeyilib. Etdiklərinin hamısının üzü köçürülüb, özü də yaxın buraxılmayıb.

Amma və lakin bu tip hadisələr bir adamın, bir qurumun, bir zümrənin monopoliyasında olmamalıdır. “Millət millət olur xyir-şəri ilə” deyib böyüklərimiz. Sumqayıt hadisəsi də bütün millətimizin dərdidir və layiq olduğu formada da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Ermənini Bakıya dəvət etməyin yollarını axtarmaq, yalançı sülh şuraları yaratmaq, düşmənin niyyətini ört-basdır etməkdən başqa bir şey deyil. Biz mübarizəmizdən bir zərrə qədər də geriyə çəkilməməliyik.

“Azadlıq Salnaməsi”nin 12-ci qonağı 1988-ci ildə büş verən Sumqayıt hadisələrinin məhkəmə işində dövlət ittihamçısı olan tanınmış hüquqşünas Aslan İsmayılovdur. Beləliklə, Sumqayıt hadisəsi nə idi, onu kimlər törətmişdi və nəticə nə oldu?!

Danışır Aslan İsmayılov…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

 

I hissə

IMG_0459

Aslan İsmayılov Sumqayıt hadisələri haqqında danışarkən deyir ki:

 

– Ukraynadakı Luqansk və Donetsk hadisələri Sumqayıt hadisələrinə çox bənzəyir…

– Stavropolda işləyəndə Sumqayıt hadisələrinə görə ilk vaxtlar mən də xəcalət çəkirdim…

– İlyas İsmayılov məni çağırıb dedi ki…

– Qriqoryanın adını oxuyanda heyrət etdim ki, erməni hara, Sumqayıt işi hara?

– Gündə 2-3 saat yatırdım…

– Hiss etdim ki, Azərbaycan xalqı qurbanlıq seçilib…

– Qriqoryan qara plaşlılara dönüb dedi ki, narahat olmayın, qoyunlar arxamca gəlir…

– Sumqayıt hadisələrinin təşkilatçıları olan qara plaşlılar Özbəkistan DTK-nın əməkdaşları olublar…

– SSRİ DTK-nın “A” qrupunu yaradan erməni olub…

– Digər təqsirləndirilən şəxslər Qriqoryandan qorxurdular…

– Mənsur İbayev prosesi batırdı…

– Vaqif Hüseynova bu gün də güllələnmə istəyərdim…

– Heydər Əliyevlə Mixail Qorbaçovun arasındakı problemlərin dərin tarixi var…

– Bilirsiniz, bu erməni işləri mənə niyə verilirdi?..

– “Sandryan işi”ni Ramella Allahverdiyeva buraxdı…

 

I hissənin sonu

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button