“Azadlıq salnaməsi”ndə Pənah Hüseyn-Nemət Pənahlı debatı (II sonuncu hissə): “Heydər Əliyev görüş istədi”-VİDEO

Nemət Pənahlı: “Vəzirov təyin olunan günün səhərisi gün zavoda gəldi”

Pənah Hüseyn: “Bunları qızışdırıb salıblar hərəkatın boğazına”

 

I hissəni buradan oxuya bilərsiniz:

“Azadlıq salnaməsi”ndə Pənah Hüseyn-Nemət Pənahlı debatı (I hissə) -VİDEO

 

II sonuncu hissə

Neçə müddətdir davam etdirdiyimiz debatlara növbətisi əlavə olundu. Nemət Pənahlının israrlı təklifi ilə onunla AXC hökumətinin baş naziri Pənah Hüseyn arasında növbəti debatı təşkil etdik. Debat xeyli müddət bundan əvvəl alınsa da, hazırlıqlarımız onu bu günə çatdırdı. Nemət Pənahlı ilə Pənah Hüseynin arasında baş verən bu debatı düz Azərbaycan Xalq Cəbhəsinin yaradıldığı günün 29-cu ildönümündə – Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında çəkdik. Gərgin, emosional hisslərlə və qarşılıqlı ittihamlarla dolu olan bu debatın Oxucularımız üçün də maraqlı olacağını düşünürük. Nəzərə alsaq ki, bu il Milli Azadlıq Hərəkatının başlamasının 30-cu ildönümü tamam olur, belə debatların məxsusi əhəmiyyəti var. Onsuz da hakimiyyət xalq hərəkatının əhəmiyyətini qəbul etmir. Yoxsa Meydan hərəkatının 30-cu ilində xüsusi tədbirlər təşkil olunar, bu hadisəyə diqqət yetirilərdi.

Nemət Pənahlı-Pənah Hüseyn debatında xalq hərəkatının başladığı ilk günlərdən danışıldı. İlk təşkilatların necə və kimlərin tərəfindən qurulduğu, hansı mərhələlərdən keçildiyi, Azərbaycan Xalq Cəbhəsinin necə qurulduğu və bu hadisəyə necə gəlindiyi müzakirə olundu. “Çənlibel”, “Varlıq”, “Oğuz birliyi”, “Gənc Alimlər Klubu” necə yaradıldı, bu prosesdə kim hansı rolu oynadı – qarşılıqlı ittihamlar şəklində masaya yatırıldı.

2 hissəli debatın birinci hissəsini yayınlayırıq və alınarsa, müxtəlif mövzularda bu debatları davam etdirməyə çalışacağıq. Hələliksə, Azərbaycanda Xalq Hərəkatının başlanması mövzusunda Pənah Hüseyn-Nemət Pənahlı debatının birinci hissəsini təqdim edirik.

Əvəz Zeynallı,

“Azadlıq salnaməsi”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button