Bəxtiyar Hacıyevə iş kəsildi

Bu gün Gəncə şəhəri Nizami rayon məhkəməsində Emin Axundovun sədrliyi ilə orduda xidmətdən yayınmaqda ittiham olunan gənc fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb. Ona 2 il iş kəsilib.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunurdu.

ABŞ-ın Azərbaycandakı səfirliyi  B.Hacıyevin məhkəmə işinin səfirlik tərəfindən yaxından izlənildiyini qeyd edib və verdiyi bəyanatda onun həbsinin siyasi fəallığın artması və ölkədə hökumət əleyhinə aksiyaların təşkilatçılığında iştirak etməsinin ardınca baş verdiyi, bunun da öz növbəsində ədalət sisteminin insanları məhkəmə yolu ilə cəzalandırması yönündə suallar doğurduğu vurğulanır.

Səfirlik Azərbaycanda demokratik institutları və hüququn üstünlüyünü dəstəklədiyini bildirib, B.Hacıyevin apelyasiya işinin Azərbaycan və beynəlxalq hüquq normalarına uyğun baxılmasına çağırıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button