Bakıda restoranda yanğın – FOTO+YENİLƏNİB

“Nanəli” restoranında yanğının söndürülməsi işləri davam etdirilir.

Xural.com  APA-ya istinadən xəbər verir ki, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.

Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.

10:40

Bakıda restoran yanır.

Xural.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın Bakı şəhərinin Nərimanov rayonunda yerləşən restoranda baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button