Bakıda sürücülərin etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb

19.01.2012

Nəqliyyat Nazirliyinin taksi xidmətləri göstərilməsilə bağlı yeni qaydalarına etiraz edən taksi sürücülərinin aksiyaları bu gün də davam edib. Aksiya Nəqliyyat Nazirliyi qarşısında keçirilib.  Taksi sürücülərinin aksiyası artıq 6-cı gündür ki davam edən aksiyada 100-dən artıq sürücü iştirak edib.  Aksiyanın qarşısını almağa cəhd göstərən polis iştirakçılardan 15 nəfəri saxlayıb. “5 manat çörək puluna görə həyatımızı təhlükəyə atıb, nə sifətlərlə qarşılaşırıq. Bu zülmlərlə evə apardığımız 5-3 manatı da bu məmurlar bizə çox görürlər” deyən sürücülər hakimiyyətdən iş tələb edirlər:”Bizi işlə təmin etsinlər, sonra çörəyimizi əlimizdən alsınlar. Yoxsa biz bu aksiyaları o vaxta qədər genişləndirəcəyik ki, prezident səsimizi eşitsin və bu məmurları cəzalandırsın…”
Bu dəfəki etiraz aksiyasında sürücülərə «Nida» və «Dalğa» gənclər təşkilatları da dəstək veriblər.

Yanvarın 16-da da yüzlərlə sürücü Nəqliyyat Nazirliyi qarşısında toplaşaraq taksi xidmətləri göstərilməsilə bağlı yeni qaydalara etiraz ildiriblər. Onlar paytaxtda “Jiquli” markalı maşınlarla taksi xidməti göstərilməsinə qadağa qoyulmasından narazı olduqlarını bildiriblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button