Biləsuvarda suya görə yolu kəsənlərə 15 sutka həbs cəzası

Dünən Biləsuvarda su problemi ilə əlaqədar icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edən şəxslərə cəza verilib. 

Rayonun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini küçəni bağlamağa cəhd edərkən polisin xəbərdarlığına riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs şöbəyə gətirilib.

Aksiya zamanı 4 nəfər saxlanılıb, onlar barəsində toplanan materiallar Biləsuvar rayon məhkəməsinə göndərilib.  Məhkəmənin qərarı ilə rayon sakinləri İsmayıl Məmmədov və Cəmaləddin Əliyev barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Digər iki nəfər isə 50 manat miqdarında cərimə olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button